Qaxda arıçılıq təsərrüfatı

Arı sancması prokurorluğun diqqətindədir

60
(Yenilənib 18:26 02.11.2017)
Prokurorluq arı sancmasından baş verən ölüm hadisəsi ilə bağlı araşdırmalara başlayıb

BAKI, 2 noyabr — Sputnik. Bakıda arı sancmasından baş verən ölüm hadisəsi ilə bağlı materiallar Sabunçu rayon Prokurorluğuna göndərilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Report”a bildirib ki, hazırda məsələ ilə bağlı ekspertiza aparılır.

Xatırladaq ki, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü İmanlı Cavid Telman oğlunu arı sancıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Zərərçəkmişə sağ yuxarı ətrafın başlayan fleqmonası diaqnozu qoyulub. C.İmanlı xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib.

Mərhumun bacısı iddia edir ki, qardaşı narkozun şokundan ayıla bilməyərək vəfat edib.

Qeyd edək ki, mərhumun dekabr ayının sonunda toyu olacaqmış. 

60
Teqlər:
Arı sancması, Sabunçu rayon Prokurorluğu, 3 saylı Kliniki Tibbi Mərkəz, Səhiyyə Nazirliyi, İmanlı Cavid, Səfayə Əhmədova, Zabrat qəsəbəsi, Sabunçu rayonu
Əlaqədar
Azərbaycanda ilk dəfə laboratoriya şəraitində arı südü yığılıb
Arı zəhərinin sehri
Bal yarmarkası bu ünvanda keçiriləcək
Bal yarmarkası Bakı sakinlərini və qonaqları dəvət edir

Baş prokurorluq sabiq daxili işlər nazirinin həbsini təsdiqlədi

22
(Yenilənib 12:00 09.03.2021)
Mətbuatda Ə.Əhmədovun mənimsəmədə təqsirləndirilərək saxlanılması və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.

BAKI, 9 mart - Sputnik. Baş Prokurorluq Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun həbs edilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, Ə. Əhmədovun həbs edilməsi ilə bağlı yayılan məlumatlar doğrudur.

Xatırladaq ki, mətbuatda Ə.Əhmədovun mənimsəmədə təqsirləndirilərək saxlanılması və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.

Qeyd edək ki, Ə. Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.

22
Qəza, arxiv şəkli

Yağış Xətai rayonunda avtomobil qəzasına səbəb oldu

7
(Yenilənib 00:52 09.03.2021)
Sürətlə hərəkət edən “Maserati” markalı avtomobilin sürücüsü idarəetməni itirərək prospektdə yerləşən parkın kənarındakı səkiyə çırpılıb.

BAKI, 9 mart - Sputnik. Bu gecə Bakıya yağan yağış yol qəzasına səbəb olub.

“Report”un məlumatına görə, hadisə Xətai rayonunun Xocalı prospektində qeydə alınıb.

Belə ki, sürətlə hərəkət edən “Maserati” markalı avtomobilin sürücüsü idarəetməni itirərək prospektdə yerləşən parkın kənarındakı səkiyə çırpılıb.

Zərbənin gücündən nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisi və əraziyə təhkim edilən Post Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Qəza ilə bağlı araşdırma aparılır.

7

cür qənaət edirsiniz?

0
0