Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 1 noyabr — Sputnik. Güclü külək və dayanmadan yağan yağış şimal zonasında fəsadlara yol açıb.
Şimal zonasında dünən gecədən başlayan güclü külək və yağış fəsadlara yol açıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, güclü külək Quba rayonunun bir neçə kəndinə ziyan vurub. Ən çox ziyan görən kənd Xınalıq kəndidir.
Güclü külək kənd məktəbinin və bir neçə evin dam örtüyünü uçurub. Ağaclar qırılıb və kənd təsərrüfatına ciddi ziyan dəyib. Ən ciddi problem isə elektrik enerjisi ilə bağlıdır. Dünəndən indiyədək kənd camaatı işıqsız qalıb,internet kəsilib. Dayanmadan yağan yağış isə çaylarda suların çoxalmasına səbəb olub.
BAKI, 19 yanvar - Sputnik. Ölkə ərazisindəki faktiki hava barədə məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Oğuz, Qəbələ, Şəki, Mərəzə, Altıağac, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.
Sumqayıt, Maştağa, Binə, Pirallahı, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda yağış müşahidə olunub.
BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
BAKI, 20 yanvar — Sputnik. Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, müharibə iştirakçıları, müharibədən zərər çəkənlər, erməni terroruna məruz qalanlardan ibarət olmaqla artıq 3200-dən çox şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə olunub.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan kateqoriyalara aid 2500 ailə ilə görüşülüb, psixoloqlardan ibarət qruplar tərəfindən onlardan ehtiyacı olan 1840 ailə ilə fərdi və ailə terapiyası, psixokorreksiya işləri aparılıb. Həmçinin "Onlayn psixoloji dəstək xidməti"nə daxil olmuş 610 zəng üzrə evlərinə gedilməklə psixoloji dəstək tədbirləri görülüb. Eyni zamanda, Nazirliyin reabilitasiya müəssisələrində 20-si şəhidlərin və yaralı hərbçilərin uşaqları, qalanları hərbi qulluqçular olmaqla 300-dən çox şəxsə, Bakı Sağlamlıq Mərkəzində və Sərhəd Qoşunları Hospitalında müalicə olunanlardan 28 hərbi qulluqçuya sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib.
125 hərbi qulluqçu 530-dan çox reabilitasiya vasitəsi, 7 nəfər yaralanmış qazi əlil arabası, 6 hərbçi yüksək texnologiyalı 8 müasir protezlə təmin edilib.