Автобус, попавший в ДТП. Архивное фото

Türkiyədə avtobus aşıb, 28 nəfər xəsarət alıb

22
Qəza zamanı nəqliyyat vasitəsində 35 nəfər olub

BAKI, 29 oktyabr — Sputnik. Türkiyənin paytaxtı Ankara yaxınlığında mədən işçilərini daşıyan avtobus aşıb.

APA-nın verdiyi xəbərə görə, hadisə Bəybazarı ərazisində qeydə alınıb. Avtobus idarəetmədən çıxaraq yolun kənarındakı tarlaya aşıb. 

Qəza nəticəsində 28 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Qəza zamanı nəqliyyat vasitəsində 35 nəfər olub. Hadisənin səbəbləri barədə məlumat verilmir.

22