Pul və qandal

Reydlər keçirilir, 672 nəfərə cərimə yazılıb

352
(Yenilənib 17:18 27.10.2017)
Nazirlik yarım milyon manat məbləğində iddia qaldırıb

BAKI, 27 oktyabr — Sputnik. Cari ilin 9 ayı ərzində ətraf mühiti daha çox çirklənməyə məruz qoyan əsas sahələr müəyyən olunub, atmosfer havasına və su hövzələrinə atılan tullantılar təhlil edilib və davamlı monitorinqlər və nəzarət tədbirləri həyata keçirilib.

Vəhşi quş
© Sputnik / Ulyana Solovyeva

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat verib. O bildirib ki, aparılan tədbirlər nəticəsində 1863 akt və 686 protokol tətbiq edilib və aşkar edilən nöqsanların aradan qaldırılması üçün 596 müddətli məcburi göstəriş verilib.

"Qanun pozuntularına yol verdiklərinə görə, fikizi və hüquqi şəxslərə, ümumilikdə 672 nəfərə, 692604 manat məbləğində cərimə tətbiq edilib. Onların ətraf mühitə vurduğu ziyanın dəyəri qədər — 541201 manat məbləğində iddia qaldırılıb" — Mirzəyev diqqətə çatdırıb.

"Müxtəlif sahələrdən ətraf mühitə atılan tullantılar müqabilində 87157 manat məbləğində 4777 ödəmə verilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlaırna 471, icra qruplarına 383, məhkəmələrə 44 iş göndərilib" deyən nazirlik rəsmisinin sözlərinə görə, hazırda reydlər davam etdirilir.

352
Teqlər:
çirklənmə, Raqub Mirzəyev, ətraf mühit, ETSN, reyd, cərimə
Əlaqədar
Yol polisinin reydləri nə dərəcədə qanunidir?
İki nazirliyin əməkdaşları birgə reyd keçiriblər
Azərbaycanın cənnətində soyqırım - təcili reydlər başlayıb
Nazirlik reyd keçirdi: cərimələnənlər var