Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Abşerondakı "terror yuvasından" son xəbər

© Sputnik / Murad OrujovСотрудники Службы государственной безопасности Азербайджана, фото из архива
Сотрудники  Службы государственной безопасности Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
DTX-nın əməliyyat keçirdiyi mənzildən külli miqdarda silah-sursat aşkarlandı

BAKI, 26 oktyabr — Sputnik. Oktyabrın 25-də Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən müxtəlif dini etiqadlara mənsub üç silahlı şəxsin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilmiş ünvanda — Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzilə Abşeron Rayon Prokurorluğunun və Baş Prokurorluğun Kriminalistika şöbəsinin prokuror-kriminalistlərinin iştirakı ilə baxış keçirilib.

Abşeron Rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, baxış zamanı mənzildən 5 ədəd patronla birlikdə 1 ədəd "Makarov" markalı tapança, 2 ədəd partlayışa hazır vəziyyətdə olan əl qumbaraları, 7 ədəd hazır vəziyyətdə şüşə butulkalarda kustar üsulla hazırlanmış "Molotov kokteyli", həmin partlayıcı-yandırıcı predmetlərin alışması üçün nəzərdə tutulmuş xeyli sayda alışdırıcılar, "Molotov kokteyli"nin hazırlanması üçün nəzərdə tutulmuş 4 ədəd alışdırıcı maye ilə dolu 5 litrlik plastik qablar aşkar edilələrək müvafiq qaydada qablaşdırılıb maddi sübut kimi götürülüb.

Faktla bağlı hazırda Abşeron Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Xəbər lenti
0