Qapı dəstəyi, arxiv şəkli

İranlı tələbənin ölümü ilə bağlı şok təfərrüatlar

249
(Yenilənib 00:47 21.10.2017)
Qonşunun evini təmir edən usta, quldurlara iranlı biznesmenini evini nişan verib

BAKI, 20 oktyabr — Sputnik. Novxanı bağları qəsəbəsində qətlə yetirilən İran İslam Respublikasının vətəndaşı, Azərbaycan Dövlət Tibb Universitetinin 5-ci kurs tələbəsi, 1994-cü il təvəllüdlü Möhtati Saaman Neymet oğlunun qətlinin təfərrüatları məlum olub.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Cinayət oktyabrın 12-si gecə, Novxanı bağları qəsəbəsində törədilib. İranlı biznesmenin 1994-cü il təvəllüdlü oğlu Möhtati Saaman Neymet oğlu öz evində qətlə yetirilib. 

Qatil qurbanını yastıqla boğub. Öldürülən şəxsin meyiti üzərində başqa hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb.

İranlının evində quraşdırılmış müşahidə kamerası 4 maskalı şəxsin binaya necə daxil olduğunu qeydə alıb. Məlumata görə, cinayətkarlar evdən 50 min manat oğurlayıblar.

Bir sıra məlumatlara görə, Möhtati ailəsi tez-tez bağ evinə gedir. Bu böyük yaraşıqlı evdə daim çoxlu qonaq olur və qonşuların dediklərinə görə, burada vaxtaşırı kliplər, verilişlər çəkilirmiş. Deyilənə görə, orada hətta serial da çəkilib.

Oktyabrın 12-də tələbə atası ilə mübahisə edərək Novxanıdakı evlərinə gedib və burada qətlin qurbanı olub.

Faktla bağlı beş şübhəli saxlanılıb. Məlum olub ki, onlar əvvəllər məhkumluğu olmuş Sumqayıt şəhər sakinləri Yunus Camallı, Natiq Babaverdiyev, Ağsu rayon sakini Zahid Dünyamalıyev, İmişli rayon sakini Ceyhun Talıblı və Şəki şəhər sakini Pərvin Əlməmmədovdur. Sözügedən şəxslər cinayəti quldurluq məqsədilə törədiblər. Lakin onların İran vətəndaşının evindən hər hansı əşyaları oğurlanması sübuta yetirilməyib.

Bununla belə, məlum olub ki, qrupun tərkibində Rəşidə Seyidova adlı qız da olub. Onu Əlməmmədov özü ilə gətirib. Qız da saxlanılıb və məsuliyyətə cəlb edilib. 

Məlum olub ki, iranlının evinə cinayətkar dəstəni qonşuluqdakı binanı təmir edən Camallı gətirib. Cinayət ortaqları hadisə yerinə Dünyamalıyevin maşınında gəliblər. Qətldən sonra o, ortaqlarını evlərinə aparıb.

Araşdırma zamanı o da məlum olub ki, bu ilin avqustunda sözügedən şəxslər Kürdəmir rayon Xırdapay kəndinin sakini Zahid Zərbəliyevin də evinə basqın ediblər. Onlar Zərbəliyevin evinə daxil olaraq onun xanımının ağzını yapışqanlı lentlə (skotç) bağlayıb, pul və qızıl-zinət əşyalarını götürüblər.

Rəşidə Seyidova dəstənin üzvlərinə Kürdəmirdə yaşayan bibisinin evini qarət etməyi təklif edib. Amma Seyidovanın qohumunun bəxti onda gətirib ki, qrupun üzvləri növbəti soyğunçuluğu etməzdən əvvəl saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

249
Əlaqədar
Paytaxtda dəhşətli qətl baş verdi
Qısqanclıq zəminində dəhşətli qətl
Sərxoş qadınlar tərəfindən amansız qətl
8 mart bayramında qətl
4 ay əvvəl qətl törədənlər yaxalandılar