Ov tüfəngi

Azərbaycan qanunlarını pozan ərəb cəzalandırıldı

118
Onlardan şahin quşunun tutulması üçün istifadə edilən ilgək, tor, gözlük kimi qadağan olunmuş ov alətləri və 10 göyərçin quşu aşkar edilərək götürülüb

BAKI, 20 oktyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən "Ovçuluq haqqında" və "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanunlarının tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində növbəti reyd keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. O bildirib ki, keçirilən reyd zamanı Şabran rayonu ərazisində, "Ağzıbir" ovçuluq təsərrüfatının Xəzər dənizi sahil zolağında qanunsuz ov edən Cəlilabad rayon sakini Aqil Abdullayev, Şabran şəhər sakini Sadiq Həmzəyev və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı Sulaiman Mohammad Hassan Fakher saxlanılıb. Onlardan şahin quşunun tutulması üçün istifadə edilən ilgək, tor, gözlük kimi qadağan olunmuş ov alətləri və 10 göyərçin quşu aşkar edilərək götürülüb.

Faktla bağlı təqsirkar şəxslər barəsində qanunvericiliyə uyğun qaydada protokollar tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən hər biri 1000 manat məbləğində cərimə olunub, qadağan olunmuş ov alətləri məhv edilib və göyərçin quşları təbiətə buraxılıb.

118
Teqlər:
ov, reyd, ETSN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Əlaqədar
Azərbaycanda qanunsuz ov edən ərəblər saxlanıldılar
Azərbaycanda ov mövsümü martın 10-dək uzadılıb
Qanunsuz ov etməyə cəhd edən 48 nəfər saxlanılıb
Ərəb şeyxlərinə Azərbaycanda ov etmək icazəsi rəsmən verildi
Azərbaycanda qanunsuz ov edən İraq və Suriya vətəndaşları saxlanılıb