Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gürcüstan DİN azərbaycanlıların güllələnməsi ilə bağlı məlumat yayıb

CC0 / stevepb / bulletAvtomat silah
Avtomat silah - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda ekspert-kriminalistlər hadisə yerində istintaq tədbirlərini davam etdirirlər

BAKI, 20 oktyabr — Sputnik. Ötən gün axşam saatlarında, Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində silahlı insident baş verib. Sputnik Azərbaycan xəbər verir ki, azərbaycanlıların kompakt yaşadıqları Qızılhacılı kəndində bələdiyyə üzvlüyünə namizəd və onu müşayiət edən daha 3 nəfər güllələnib.

Арест, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Polis rəisinin müavinini güllələyənlərdən yeni xəbər var

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) yaydığı rəsmi məlumata görə, insident zamanı hakim "Gürcü Arzusu" Partiyasının Marneuli rayonunun Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə namizədi Ceyhun Çovdarov və onu müşayiət edən üç nəfərə avtomatik silahdan atəş açılıb.

"Yaralananlar təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Onların həyatları təhlükə altında deyil. Cinayət Məcəlləsinin qəsdən ağır xəsarətin yetirilməsi maddəsi üzrə istintaq aparılır" — deyə rəsmi məlumatda bildirilir.

Daxili işlər naziri Giorgi Mqebrişvili insidentdən sonra hadisə yerində olub, aparılan istintaqın detalları və yaralıların vəziyyəti ilə tanış olub. Yaralıların vəziyyətinin stabil olduğu bildirilir. Hazırda ekspert-kriminalistlər hadisə yerində istintaq tədbirlərini davam etdirirlər.

Xəbər lenti
0