Rövşən Lənkəranskinin məzarı

Lənkəranskinin qatillərinə müharibə elan edən "qanuni oğru" azadlığa çıxdı

1900
(Yenilənib 19:21 19.10.2017)
O, azadlığa çıxmaq üçün məhkəməyə 3,6 milyon avro ödəyib

BAKI, 19 oktyabr — Sputnik. Niderland məhkəməsi, oktyabrın 18-də çeçen kriminal avtoritet, oğru dünyasında "Şeyx Həmzət" adı ilə məşhur olan Həmzət Qastəmirov və onun əlaltılarını, girov və yüksək vergi ödəyicisi olan 3 biznesmenin zəmanəti müqabilində azadlığa buraxıb. Bu barədə Sputnik Azərbaycan-a kriminal dairələrə yaxın mənbə məlumat verib. Qastəmirov öz azadlığına görə, məhkəməyə 3,6 milyon avro ödəməli olub.

Sputnik Azərbaycan-ın daha əvvəl də yazdığına görə, Hollandiya hökuməti çeçen əsilli kriminal avtoriteti saxta pasportdan istifadə etməkdə və qanunsuz odlu silah gəzdirməkdə ittiham edib. Amsterdamın hüquq-mühafizə orqanlarının əməkdaşları, Schiphol hava limanı yaxınlığında əməliyyat həyata keçirərək, kriminal avtoriteti və onun adamlarını saxlayıblar.

Ötən gün Amsterdamda "Ümumavropa oğru kassasının nəzarətçisi" adlandırılan "qanuni oğru" Qastəmirovun məhkəməsi baş tutub.

Şeyx Həmzət diqqət mərkəzinə 22 avqustda, 2016-cı il avqustun 17-dən 18-nə keçə gecə İstanbulda qətlə yetirilən "qanuni oğru" Rövşən Canıyevin (Rövşən Lənkəranski) qəbrini ziyarət etmək və onun il mərasiminə qatılmaq üçün gəldiyi Azərbaycandan uçarkən düşüb. Əvvəlcə onun harada olduğu barədə informasiya olmayıb.

Lakin bir müddət keçəndən sonra o, eləcə də aralarında 8 cangüdəni və yaxınlarının da olduğu 13 nəfər Amsterdamın Sxiphol (Schiphol) hava limanı yaxınlığında saxlanılıb. Ehtimal var ki, Qastəmirov və adamlarının Amsterdam ərazisində olduğunu bilən Rövşən Lənkəranskinin düşmənləri onları Niderlandın xüsusi xidmət orqanlarına satıblar.

Saxlanılan zaman Qastəmirovun üzərində bir ədəd tapança, Bolqarıstan vətəndaşı Peter Stoykov adına saxta pasport, bank kartları, 3 mobil telefon və 85 min avro dəyərində Franck Muller markalı saat olub. Bununla yanaşı hüquq mühafizəçiləri saxlanılan digər şəxslərdən 6 tapança və 4 ədəd "Kalaşnikov" tipli avtomat tapıblar. Sentyabrın 5-də məhkəmə saxlanılan şəxslərlə bağlı 3 ay müddətinə həbs qətimkan tədbiri seçmişdi.

Qastəmirov elə dünən, həbsdən çıxan kimi dərhal son illər yaşadığı Almaniyaya uçub.

Qeyd edək ki, Şeyx Həmzət Rövşən Lənkəranskini qardaşı adlandırır və onun qatillərinə qarşı savaş açıb. O, Lənkəranskinin məzarını ziyarət edərkən də, Canıyevin barəsində xoş sözlər işlətmişdi.

1900
Teqlər:
Şeyx Həmzət, Rövşən Canıyev, Amsterdam, Sputnik Azərbaycan, Rövşən Lənkəranski, Niderland, Azərbaycan, məhkəmə
Əlaqədar
Şeyx Həmzətin "Ləvəngi" restoranında saxlanılmasının detalları aydınlaşdı
Məşhur "avtoritet" Şeyx Həmzət Rövşən Lənkəranskinin qəbri üstündə: "Bu böyük itkidir"
Şeyx Həmzətin aradan götürülməsində Rövşən Lənkəranskinin düşmənləri maraqlı olublar
PPX avtomobili, arxiv şəkli

Masallıda koronavirus xəstələri rayonu tərk etmək istərkən saxlanılıb

10
(Yenilənib 16:56 25.11.2020)
Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, onların bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətə çatdırılıb və tam sağalanadək evdən çıxmamaları barədə ciddi xəbərdarlıq edilib.

BAKI, 25 noyabr — Sputnik. Masallı və Biləsuvarda polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş şəxslərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Bu barədə Sputnik Azərbaycan-a DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Masallı şəhər sakini Nizami Allahverdiyev və onun həyat yoldaşı Mənzər Allahverdiyevaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.

Lakin Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar şəhər ərazisində taksidə aşkar edilərək təcili tibbi yardımla yaşadıqları ünvana qaytarılıblar

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının son bir neçə gündə keçirdiyi müvafiq tədbirlərlə 7 nəfər rayon sakininin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar rayon ərazisində müxtəlif yerlərdə, Səyyarə Əzizova və Aygün Qasımova isə Biləsuvar rayonunu tərk etmək istəyərkən stasionar postda saxlanılıblar.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, onların bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətə çatdırılıb və tam sağalanadək evdən çıxmamaları barədə ciddi xəbərdarlıq edilib.

Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi istiqamətində araşdırma aparılır.

10
Teqlər:
xəstə, COVID-19, Koronavirus, Masallı
Elmi mərkəzdə seysmoqraf, arxiv şəkli

Azərbaycanda zəlzələ olub - bu dəfə Kür qırağı silkələnib

13
Zəlzələ yerli vaxtla saat 12:16-da Cəlilabad stansiyasından 63 km şərqdə Neftçala rayonunda qeydə alınıb. Zəlzələnin maqnitudası 3,5, dərinliyi 40 km olub.

BAKI, 25 noyabr — Sputnik. Neftçala rayonunda zəlzələ olub.

Sputnik Azərbaycan-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbərinə görə, zəlzələ yerli vaxtla saat 12:16-da Cəlilabad stansiyasından 63 km şərqdə Neftçala rayonunda qeydə alınıb. Zəlzələnin maqnitudası 3,5, dərinliyi 40 km olub.

Zəlzələ hiss olunmayıb.

13
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 3469 nəfər COVID-19-a yoluxub

5
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 102 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 66 963 nəfər müalicə olunaraq sağalıb, 1 224 nəfər vəfat edib, aktiv xəstə sayı 34 209 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

5
Teqlər:
Azərbaycan, test, Koronavirus, COVID-19, yoluxma