Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Soyğunçuluq elədilər, amma qaça bilmədilər

© Sputnik / Anar MustafayevƏli qandallanmış adam, arxiv şəkli
Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı cinayət işi açılıb

BAKI, 19 oktyabr — Sputnik. Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları soyğunçuluq edən şəxsə qaçıb aradan çıxmağa macal verməyiblər.

Belə ki, oktyabrın 18-də saat 9 radələrində "Moskva" ticarət mərkəzində naməlum şəxs bir qadının qulağındakı qızıl sırğasını qoparıb qaçıb. Həmin ərazidə xidmətdə olan Mühafizə Polisinin əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə həmin adam bir qədər aralıda yaxalanıb və o, şübhəli şəxs qismində saxlanılaraq 19-cu Polis Bölməsinə təhvil verilib.

Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Hüseynov olduğu məlum olub. Onun üzərinə baxış keçirilən zaman həmin qadına məxsus qızıl sırğa maddi sübut kimi, həmçinin 0,399 qram heroin də aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb.

Xəbər lenti
0