Tbilisi metrosu, arxiv şəkli

Metroda faciə baş verib: Britaniya vətəndaşı ölüb

75
(Yenilənib 20:21 18.10.2017)
Mətbuat xidməti: Onun vəziyyəti eskalatorda pisləşib, yıxılıb və ölüb

BAKI, 18 oktyabr — Sputnik. Tbilisi metrosunun "Texniki Universitet" metrostansiyasının perronunda Britaniya vətəndaşı olan 60 yaşlı kişi ölüb.

Sputnik Gürcüstan-ın verdiyi məlumata görə, bu barədə "Tbilisi Nəqliyyat Şirkəti" məlumat verib.

Bədbəxt hadisə dünən axşam saatlarında qeydə alınıb. Metroya düşərkən kişinin halı qəflətən pisləşib. Təcili tibbi yardım çağırılsa da, həkimlər hadisə yerinə çatanda kişi artıq ölübmüş.

İlkin məlumata görə, kişinin ölümünə səbəb ürək çatışmazlığı olub.

"Bəli o Britaniya vətəndaşı idi. 60 yaşı vardı. Onun vəziyyəti eskalatorda pisləşib, yıxılıb və ölüb" – deyə şirkətin mətbuat xidmətindən bildiriblər.

Hadisədən sonra kişinin Gürcüstan vətəndaşı olan həyat yoldaşı ilə əlaqə saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin "İntihar həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb. Bu maddə 3 ilədək azadlığı məhdudlaşdırmanı və ya 2 ildən 4 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

75
Əlaqədar
"Metro Park"a "bomba qoyan" şəxs yaxalandı
“Xətai” metro stansiyasının yeni zalı istifadəyə verilib
Bakıda metro tikintisində yanğın baş verib