Bıçaq

Bakıda orta məktəb şagirdi qan tökdü

277
(Yenilənib 16:02 18.10.2017)
Cinayətin səbəbi gülüncdür

BAKI, 18 oktyabr — Sputnik. Bakıda bir yeniyetmə, səbəbsiz yerə, az qala öz həmyaşıdını o biri dünyaya göndərəcəkdi. Bu barədə Sputnik Azərbaycan-a Xətai rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.

Oktyabrın 17-si saat 14:00-da, Bağırov küçəsindəki 14 nömrəli binada yaşayan məktəblilər – 2000-ci il təvəllüDlü Qəhrəmanov Murad Cavanşir oğlu və 2001-ci il təvəllüdlü Bəşirov Emin Bilal oğlu arasında toqquşma (bir-birinin çiyninə toxunublar) baş verib. Yeniyetmələr arasında boş yerə başlamış münaqişə bıçaqlaşma ilə nəticələnib.

Bəşirov Qəhrəmanovun sinəsinə bıçaq zərbəsi endirərək onu yaralayıb. Cinayətdən dərhal sonra Bəşirov gizlənib. Amma Xətai rayon Polis İdarəsinin 37-ci bölməsinin əməkdaşları onu qısa bir zamanda saxlayıblar.

İlkin məlumatlara görə, yuxarı sinif şagirdləri arasında münaqişə birinin digərinin çiyninə toxunması ilə başlayıb. Bu hərəkət əsəblərin gərilməsinə, ana söyüşünə və qan axıdılmasına qədər aparıb çıxarıb.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, son vaxtlar özləri ilə bıçaq gəzdirən uşaqların sayı artıb. Xüsusilə məişət səviyyəli mübahisələr zəminində bıçaqlanmaların da sayı çoxalıb. Oktyabr ayı ərzində paytaxtda bıçaqla bədənə ağır xəsarət yetirmə ilə bağlı 11 fakt qeydə alınıb, onlardan 9-nun üstü açılıb.

277
Teqlər:
bıçaq, yeniyetmə, məktəbli, cinayət
Əlaqədar
Taksi sürücüləri arasında baş verən davada qan töküldü
Prezident mühafizəçisinin bıçaqlanmasından əvvəl və sonra baş verənlərin pərdəarxası
Bakıda sevgilisi qadını bıçaqladı
Şəkidə bıçaqlama günün trendinə çevrilib