Gəmi, arxiv şəkli

Bakıda kapitan gəmini partladacağını bəyan etdi

2392
(Yenilənib 17:39 17.10.2017)
SOCAR ərazisində yerləşən evinin sökülməsinə kapitandan qeyri-adi reaksiya

BAKI, 16 oktyabr — Sputnik. Ötən bazar günü Bakının Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının yaddaşında gəmi kapitanının onu partlatmaqla hədələdiyi gün kimi qaldı. Hüquq-mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə, Xəzər dəniz neft donanmasının Aria-142 gəmisinin kapitanı, 1977-ci il təvəllüdlü Elsevər Qəribov yaşayış yeri ilə əlaqədar problemlə üzləşib.

Onun Biləcəri qəsəbəsindəki yaşayış massivindəki şəxsi evinin uçurulmaq təhlükəsi var. Ona bildiriblər ki, evi AR Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsinin sərəncamında olan ərazidə yerləşir. Buna görə də İdarənin əməkdaşları Qəribovlar ailəsinə bildiriblər ki, neft kəmərlərinə yaxın ərazidə yerləşən evləri yıxmaq məcburiyyətindədirlər.

Bununla əlaqədar olaraq kişi "102" xidmətinə zəng edərək bildirib ki, əgər onun evini yıxsalar, o, kapitanı olduğu gəmini partladacaq. Çünki onun və ailəsinin yaşamağa başqa yeri yoxdur.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü bölməsinin əməkdaşları onun müraciətini qeydə alıblar və araşdırma aparmağa başlayıblar. Sonra Qəribov bildirib ki, gəmini partlatmaq niyyəti barədə məlumat verərkən bərk qəzəbli olub.

Bununla belə, Dövlət Neft Şirkətinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, hazırda SOCAR-ın ərazilərində tikilən qanunsuz evlərin sökülməsi ilə bağlı hər hansı söhbət və ya iş getmir.

Qeyd edək ki, neft yataqları ərazisində tikilmiş yaşayış evləri ilə bağlı problem çoxdan mövcuddur. Hələ 90-cı illərdə Bakıda SOCAR-ın sərəncamında olan ərazilərdə rayon icra hakimiyyətlərinin və bələdiyyələrin səssiz qalması nəticəsində çoxsaylı yaşayış evləri tikilib.

Qaradağ, Binəqədi və Sabunçu rayonlarındakı neft nasoslarının və kəmərlərin yaxınlığında, ekoloji cəhətdən qənaətbəxş olmayan ərazilərdə də qanunsuz tikilmiş yaşayış evləri var. Bir müddət əvvəl SOCAR-ın müvafiq strukturları bu evlərin sökülməsinə qərar verərək, bəzi evləri söksə də, əhalinin göstərdiyi müqavimət nəticəsində söküntü işləri müvəqqəti olaraq dayandırılıb.

2392
Teqlər:
Elsevər Qəribov, Binəqədi rayon Polis İdarəsi, gəmi, Dövlət Neft Şirkəti, kapitan, SOCAR, Bakı
ANAMA əməkdaşı, arxiv şəkli

Mülki şəxs Cəbrayılda minaya düşdü

27
Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2, 116.0.6  və digər maddələri ilə cinayət işi başlanıb

BAKI, 22 yanvar — Sputnik. Yanvarın 22-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşı, 1974-cü il təvəllüdlü Sultanov Azər Əli oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə Cəbrayıl rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Araşdırmalarla müəyyən edilib ki, agentliyin həmin əraziyə ezam olunmuş əməkdaşı Azər Sultanov yeni çəkiləcək dəmiryolu xəttinin tikintisi ilə əlaqədar minadan təmizləmə işləri həyata keçirərkən minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

27
Teqlər:
ANAMA, mina, Qarabağ, Cəbrayıl
Göranboyda hadisə yerində

Goranboyda gecə qəzası: "Opel" xarab olub yolda qalan maşına çırpılıb - FOTOLAR

24
(Yenilənib 00:04 22.01.2021)
Qəzaya düşmüş Tovuz, Tərtər, Kürdəmir rayonlarının sakinləri Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 yanvar - Sputnik. Gecə saatlarında Goranboyda yol qəzası baş verib. Hadisə Goran-Naftalan yolunun rayonun Bolusulu kəndindən keçən hissəsində qeydə alınıb.

Sputnik Azərbaycan xəbər verir ki, qəfildən nasazlıq yaranan tinglə yüklü “Vaz 21-011”-in sürücüsü maşını yol kənarında dayandırmalı olub. Sürücü və sərnişinlər minik maşınından düşərək nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman yolda hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq nasazlıq yaranan “Vaz”-a çırpılıb. Qəza zamanı 3 nəfər Elçin Qurbanov, Həmid Əsgərzadə və Yadigar Quliyev müxtəlif dərəcəli xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Göranboyda hadisə yerində

Məlumata görə, “Vaz” markalı minik maşının sürücüsü və sərnişinləri Tərtər rayonundan satış üçün müxtəlif meyvə ağaclarının tinglərini daşıyırmış. Goranboy rayonunun Boluslu kəndi ərazisində avtomobil xarab olduğundan yol kənarında dayanmağa məcbur olub. Qəza da qəfildən, onlar maşını düzəldən zaman baş verib.

Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan meyvə ağacları da ətrafa dağılıb. Qeyd edək ki, xəsarət alan şəxslər Tovuz, Tərtər və Kürdəmir rayon sakinləridir. Faktla bağlı araşdırma aparılır.

24
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp arasında görüş

Azərbaycan Britaniya hərbi sahədə əməkdaşlıq edəcəklər?

0
(Yenilənib 16:41 22.01.2021)
Səfir Ceyms Şarp deyib ki, Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcək.

BAKI, 22 yanvar — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri azad edilmiş ərazilərdə ordumuz tərəfindən həyata keçirilən tədbirlər, həmçinin Azərbaycan Ordusunda aparılan islahatlar və digər məsələlər barədə səfirə məlumat verib.

Görüş zamanı iki ölkə arasında müdafiə sahəsində, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük potensialın olduğu və bu imkanların genişləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər ölkələrimiz arasında hərbi təhsil sahəsində əldə olunan razılaşmaların həyata keçirilməsinin, hərbi ingilis dili kurslarında dinləyicilərin sayının artırılmasının zəruriliyini xüsusi qeyd edib.

Öz növbəsində diplomat Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edən C.Şarp ikitərəfli əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə biləcəyini bildirib.

Görüşdə regional və ikitərəfli əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

0
Teqlər:
Böyük Britaniyanın Azərbaycandakı səfiri, Böyük Britaniya