Polis avtomobili, arxiv şəkli

Bakıda rəis müavinini güllələdilər

1183
(Yenilənib 15:09 15.10.2017)
Atışma nəticəsində polis idarəsinin rəis müavini güllələnib

BAKI, 15 oktyabr — Sputnik. Bakıda polisə hücum edilib. Hüquq-mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə Səbail rayonunda, "Təzə bəy" hamamının qarşısında baş verib.

Hadisə nəticəsində, Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Orxan Abdullayev və Nizami RPİ-nin 23-cü polis bölməsinin keçmiş rəisi Müşfiq Mədətov yaralanıb.

Bildirilir ki, silahlı insident ötən gecə saat 3 radələrində baş verib. Ərazidə yerləşən çay evində, naməlum şəxslər Mədətova bıçaqla hücum edərək, boğazından xəsarət yetiriblər. Məlumat daxil olan kimi, əməliyyatçılar hadisəni törədən şəxsi yaxalamaq üçün hərəkətə keçiblər.

"Koroğlu" metrostansiyasının yaxınlığında həmin şəxslərdən birini yaxalamaq mümkün olub. Lakin onlardan biri polis əməkdaşlarına "Vinçester" markalı odlu silahdan polis əməkdaşlarına atəş açıb. Bunun nəticəsində Orxan Axundzadə ayağından yaralanıb.

Hazırda fakt üzrə araşdırma aparılır. 3 nəfər şübhəli şəxs qismində saxlanılıb, lakin onların kimliyi barədə məlumat verilmir.

Əldə olunan məlumata görə, atəş açan şəxs "Toyota Prado" markalı avtomobildə olub. Qara Qarayev prospekti, "Ruslan 93" idman kompleksinin qarşısında polis zabiti Orxan Axundzadə "Toyota"ya yaxınlaşıb. Avtomobildə olan şübhəli 3 şəxsdən biri "Vinçestr" markalı odlu silahdan polislərə atəş açıb. Bu zaman polislə şübhəli şəxslər arasında atışma olub. Nəticədə canilər polisdən qaça biliblər. O. Axundzadə yaralanıb.

Polis zabiti sağ ayağından aldığı güllə yarası ilə M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (Eksperimental) Xəstəxanaya yerləşdirilib. Hadisə zamanı onun damarı zədələnib. İnsident yerinə Səbail Rayon Polis İdarəsinin rəisi də gəlib. Hazırda araşdırma aparılır.

1183
Teqlər:
Orxan Axundzadə, Qədirov Elsəvər Maksim oğlu, Nizami rayonu, insident, Bakı, polis
Əlaqədar
Türkiyənin məşhur müğənnisini güllələdilər
İki erməni əsgəri güllələndi
Naməlum şəxs iki polis zabitini güllələyib
Futbol klubunun qapıçısı güllələndi
Vağzalda qətliam: uşaqları güllələdilər
Azərbaycanda müəmmalı güllələnmə olayı
Tərtər rayonunda erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

Mülki əhalimizə atəş açılır: Tərtərdə iki qardaş həlak oldu, 2 nəfər isə yaralandı

107
(Yenilənib 21:10 28.09.2020)
Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu həlak olublar.

BAKI, 28 sentyabr - Sputnik. Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, riyakar və qeyri-konstruktiv siyasət aparan Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini - xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir. 

Dərin kədər hissi ilə qeyd edirik ki, 28.09.2020-ci il tarixdə saat 19 radələrində Tərtər rayonu Şıx arx qəsəbəsində yerləşən əlillər və məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli yaşayış binasının həyətinə top mərmisinin atılması nəticəsində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu həlak olmuşlar, 1984-ci il təvəllüdlü Məmmədov Seymur Füzuli oğlu, 1989-cu il təvəllüdlü Mahmudov Faiq Malik oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişlər. 

Faktla bağlı Tərtər rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 29, 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində döyüş şəraiti nəzərə alınmaqla mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri sənədləşdirilmə aparılır və müvafiq qaydada sübütlar toplanılır.

107
Seysmoqraf, arxiv şəkli

Qardaş ölkədə güclü zəlzələ gözlənilir - Mütəxəssis açıqladı

216
Geologiya mütəxəssisi Aysun Aykan zəlzələnin gücünün 7.6 bala qədər arta biləcəyini, ehtimal edilən zəlzələnin isə 28 milyon insana təsir edəcəyini açıqlayıb.

BAKI, 26 sentyabr — Sputnik. Türkiyəli geologiya mütəxəssisi xanım Aysun Aykan Mərmərə Dənizində zəlzələ olacağı ilə bağlı proqnoz verib.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Aykan zəlzələnin gücünün 7.6 bala qədər arta biləcəyini, ehtimal edilən zəlzələnin isə 28 milyon insana təsir edəcəyini açıqlayıb.

Aysun Aykan ötən gün Mərmərə Dənizində baş verən 4.2 bal gücündə olan zəlzələnin çox riskli bir nöqtədə meydana gəldiyini söyləyib.

"Mərmərə Dənizindəki son zəlzələlər bir daha göstərdi ki, Mərmərə dənizi zəlzələlər baxımından aktivdir, canlıdır və zəlzələ yaratma potensialına malikdir. Mərmərə Dənizindəki orta mərmərə çuxurunda 4.2 bal gücündə zəlzələ baş verdi. Zəlzələnin baş verdiyi yer çox vacib bir yerdir. Gözlədiyimiz böyük bir zəlzələ nöqtəsində meydana gəldiyi üçün də narahat edicidir"-deyə mütəxəssis diqqətə çatdırıb.

O vurğulayıb ki, bu zəlzələ Türkiyənin birinci prioriteti olmalıdır, xüsusilə də Mərmərə bölgəsi: "Çünki bu zəlzələ yalnız İstanbula təsir etməyəcək. Mərmərə Dənizinin sahillərində yerləşən bütün vilayətlərə (Balıkesir, Bursa, Yalova, Çanaqqala, Kocaeli, Tekirdağ) çox təsir edəcək. Ehtimal edilən bu zəlzələ 28 milyon insana təsir edəcək. Əslində bu zəlzələ bütün Türkiyəyə təsir edəcək. Türkiyə bu zəlzələyə çox diqqət etməlidir".

216

Ermənistan qoşunları dinc azərbaycanlıları atəşə tutur FOTOFAKTLAR

46
(Yenilənib 22:57 28.09.2020)
Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini top atəşinə tutmağa davam edir. Atəş nəticəsində dinc sakinlər əziyyət çəkir, infrastruktur məhv edilir.

Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini top atəşinə tutmağa davam edir. Atəş nəticəsində dinc sakinlər əziyyət çəkir, infrastruktur məhv edilir. Bunun təsdiqini Sputnik Azərbaycan-ın fotolentində görə bilirsiniz.

Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Sputnik Azərbaycan-ın müxbiri Ağdam rayonunun Çıraqlı kəndində bunun şahidi olub və hətta özü də atəşə məruz qalıb.

Mərmilər yerli sakinlərin evlərini dağıdıb, yaralılar var, ev heyvanları tələf olub. Ermənistan silahlı qüvvələrinin mərmiləri kənd yolunun bir hissəsini də dağıdıb.

Tərtər rayonunun Qapanlı kəndinin, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd kəndlərinin, Füzuli rayonunun Alxanlı və Şükürbəyli kəndlərinin, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin intensiv atəşə tutulması nəticəsində dinc sakinlər arasında ölən və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

46
  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində tələf olan heyvanlar

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan yol

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan yol

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəşin nəticəsi