Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda iki sərnişin avtobusu toqquşdu, hadisə yerinə ambulans gəldi

© Sputnik / Murad OrujovBakıda təcili yardım avtomobili, arxiv şəkli
Bakıda təcili yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Avtobusların toqquşması nəticəsində 3 nəfər xəsarət alıb

BAKI, 14 oktyabr — Sputnik. Bakıda iki sərnişin avtobusu toqquşub. Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumat görə, hadisə paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

57 saylı marşrut xətti üzrə hərəkət edən, 90 RX 457 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Elnur İmanov, yolun hərəkət hissəsinə çıxan piyadanı vurmamaq üçün qəfil əyləcə basıb. Nəticədə arxada hərəkətdə olan, Hafiz Məmmədovun idarə etdiyi 49 nömrəli, 99 XJ 572 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu 57 nömrəli avtobusa çırpılıb.

BNA-nın araşdırmaları nəticəsində məlum olub ki, qəza zamanı 3 nəfər sərnişin yüngül xəsarət alıb. Qəza nəticəsində xəsarət alanlara hadisə yerində tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Xəbər lenti
0