Daxili işlər naziri Ramil Usubov, arxiv şəkli

Ramil Usubov rəisi işdən azad etdi

592
(Yenilənib 13:48 14.10.2017)
Baş Dövlət Yol Polisi İdarəsinin imtahan şöbəsinin rəisi təqaüdə göndərilib

BAKI, 14 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) polkovniki təqaüdə göndərilib. Sputnik Azərbaycan xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmrinə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış Şöbəsinin rəisi, polis polkovniki Hacımurad Abdullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

592
Teqlər:
Hacımurad Abdullayev, polkovnik, Ramil Usubov, Daxili İşlər Nazirliyi
Əlaqədar
Bakıda rəisə cəza kəsildi
Polis rəisi kabinetində ölü tapıldı
Göyçayda ağır qəza, keçmiş rəis dünyasını dəyişdi
Bu rayona yeni polis rəisi təyin olunub
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

15
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

15
Seysmoqraf, arxiv şəkli

Şahbuz rayonunda zəlzələ olub

7
(Yenilənib 19:19 23.01.2021)
Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

BAKI, 23 yanvar - Sputnik. Yanvarın 23-də Şahbuz seysmoloji stansiyasından 10 kilometr şimal-qərbdə Şahbuz rayonunda maqnitudası 4.2 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:22-də qeydə alınıb.

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

7