Bank kartları, arxiv şəkli

Paytaxtda qeyri-adi cinayət baş verdi

594
(Yenilənib 21:52 13.10.2017)
Qonşunun kartını oğurladı, pulları çıxarandan sonra onu yerinə qoydu

BAKI, 13 oktyabr — Sputnik. Nərimanov rayon Polis İdarəsi qeyri-adi oğurluq faktının üstünü açıb.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xdməti məlumat verib.

Sentyabrın 6-da "102" xidmətinə telefon zəngi daxil olub. Bildirilib ki, Nərimanov rayonunda naməlum şəxs başqa adama məxsus bank hesabından pul çəkib. Zərərçəkmiş qadın bildirib ki, bankomatdan onun şəxsi hesabındakı 2 938 manat pul çəkilib.

Araşdırma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsin izinə düşüblər və onu saxlayıblar. Məlum olub ki, bu şəxs Bakı şəhər sakini Hüseyn Muradovdur. O, günahını etiraf edib. 

Məlum olub ki, qonşular evdə olmayanda, Muradov açar seçmə yolu ilə qapını açaraq mənzilə daxil olub. Oradan qızıl-zinət əşyalarını və bank kartlarını götürüb.

Muradov pulları kartdan çıxarandan sonra yenidən qonşunun evinə girib və kartları götürdüyü yerə qoyub. Bu səbəbdən də zərərçəkmiş əvvəlcə pulun kartdan çıxarıldığını başa düşməyib.

Qeyd edək ki, oktyabr ayı başlayandan Bakı şəhərində şəxsi və dövlət mülkiyyətinin oğurlanmasına dair 400 hal qeydə alınıb.

594
Əlaqədar
"Qanuni oğru"lar bir-birilərinin qanını tökdülər
Azərbaycanlı-inquş qan davasını məşhur "qanuni oğru" həll edir
Şəkidə polis əşya oğrularını yaxaladı
Oğru avtobusda elə bir vəziyyətə düşdü ki!
Tüfəng, arxiv şəkli

Ağcabədi sakini qardaşı oğlunu güllələdi

34
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib

BAKI, 20 oktyabr — Sputnik. Oktyabrın 19-da saat 20 radələrində Ağcabədi rayonu, Şənlik kəndi ərazisində kənd sakini Məmmədov Rəfail Həsən oğlunun odlu silahdan açılan atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a Ağcabədi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Mamedov Ərəstun Mütəllim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Rəfail Məmmədovu öldürmək məqsədilə kustar üsulla hazırlanan tüfəngdən atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Ərəstun Mamedov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

34

Azərbaycanda Milli Park yanır

67
İlkin məlumata görə, təqribən 5 ha sahədə quru ot və kol-kos yanır. Yanğının baş verdiyi ərazi çətin keçilən mürəkkəb relyefdə yerləşir.

BAKI, 19 oktyabr - Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonunun Xanəgah kəndində Şahdağ Milli Parkının ərazisində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbayca-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb ediliblər. İlkin məlumata görə, təqribən 5 ha sahədə quru ot və kol-kos yanır.

Yanğının baş verdiyi ərazi çətin keçilən mürəkkəb relyefdə yerləşir. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

67
Qarabağ klubunun futbolçuları, arxiv şəkli

"Qarabağ" qardaş Türkiyəni seçdi

0
(Yenilənib 17:48 21.10.2020)
Azərbaycanın "Qarabağ" futbol klubunun rəhbərliyi Avropa Liqasının qrup mərhələsinin ev oyunlarının neytral ərazidə keçirilməsi ilə bağlı qərarından apelyasiya şikayəti verib.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanın "Qarabağ" futbol klubunun rəhbərliyi Avropa Liqasının qrup mərhələsinin ev oyunlarını keçirmək istədiyi ölkənin adını açıqlayıb.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi dünən Azərbaycan və Ermənistanın Dağlıq Qarabağdakı hərbi əməliyyatlarla əlaqədar ölkələrində UEFA-nın himayəsi altında ev oyunlarının keçirilməsinə qadağa qoyulması barədə qərar qəbul edib.

"Qarabağ" klubunun direktoru Emrah Çelikel bəyan edib ki, bu halda komandası ev oyunlarını qardaş Türkiyədə keçirmək istəyir.

"İndi üç neytral ərazi var – Kipr, Macarıstan və Polşa, ancaq bizim alternativ seçim təklif etmək imkanımız var. Avropa Liqasının qrup mərhələsindəki rəqiblərimizi Türkiyənin şəhərlərindən birində qəbul etmək istəyirik", – deyə E.Çelikel bildirib.

Komandanın bu seçimini əsaslandıran klub direktoru qeyd edib ki, Avropa İttifaqı ərazisindəki oyunlar üçün futbolçulara viza almaq lazım gəlir, bu prosedur isə xeyli vaxt tələb edir. Türkiyə ilə Azərbaycan arasında vizasız-gediş gəliş sistemi qüvvədə olduğundan, oyun qardaş ölkənin stadionlarından birində keçirilsə, sənədləşmə işlərinə əlavə vaxt lazım gəlməyəcək.

E.Çelikel klubun UEFA İcraiyyə Komitəsinin qərarından apelyasiya şikayəti verəcəyini də vurğulayaraq bildirib ki, Avropa kuboku oyunlarının Bakıda keçirilməsinə heç bir təhdid yoxdur.

Qeyd edək ki, "Qarabağ" klubu oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk oyununu Tel-Əvivdə yerli "Makkabi" klubuna qarşı keçirəcək. Bir həftə sonra isə futbolçularımız Bakıda İspaniyanın "Villarreal" komandasını qəbul etməli idi.

0
Teqlər:
qrup mərhələsi, Avropa Liqası, Türkiyə, Qarabağ futbol klubu
Əlaqədar
UEFA rəhbərliyi Bakının AVRO-2020 siyahısından çıxarılacağını istisna etmir
Yaşıl sahənin adamı: "Gün gələcək, Şuşada Avropa çempionatı keçirəcəyik"
Dünya futbolunun türk ulduzu Azərbaycana dəstəyini ifadə etdi
UEFA rəhbəri: "Ümid edirəm ki, Qarabağdakı münaqişə tezliklə sülh yolu ilə həll ediləcək"