Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı sakininə maraq güc gəldi, xəstəxanalıq oldu

CC0 / Rico_Loeb / crushПоврежденный в ДТП автомобиль марки ВАЗ-2106, фото из архива
Поврежденный в ДТП автомобиль марки ВАЗ-2106, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda yol qəzasına baxan sürücü özü qəza törədib, 1 nəfər yaralanıb

BAKI, 13 oktyabr — Sputnik. Bakının Nərimanov rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, "90-XH-956" dövlət qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobili idarə edən sürücü yolun digər tərəfində baş verən qəzaya baxarkən işıqforun qırmızı işığında dayanan "90-ZL-722" dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobilə çırpılıb.

Nəticədə "Volkswagen"in sürücüsü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti
0