Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şimal bölgəsində əməliyyat: həbs olunanlar var

© Sputnik / Murad OrujovПолицейские машины в Баку
Полицейские машины в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Üçü qardaş olmaqla, 4 nəfər həmkəndli tutulub

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 12 oktyabr — Sputnik. Balakən rayonunda əməliyyat-axtarış tədbiri həyata keçirilib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, rayonun Gərəkli kəndində, narkotik tərkibli bitkiləri əkib-becərən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, üçü qardaş olmaqla, 4 nəfər həmkəndli həbs edilib.

Kokain, arxiv şəkli - Sputnik Azərbaycan
Avropaya daşınan 6 ton narkotik ələ keçdi

Balakən RPŞ-yə daxil olmuş məlumat əsasında, rayonun Gərəkli kənd sakinləri olan Məhəmməd Nəsruddin oğlu Abdullayevin, Məhəmmədin qardaşları Mühüddin və Elçinin, eləcə də kənd sakini Oqtay İsa oğlu Dibirovun yaşadığı evlərdə əməliyyat-axtarış tədbirləri aparılıb. Məlumatda bildirilir ki, onların yaşadıqları evlərin çardaq və digər yerlərindən, ümumi çəkisi 1 kq 115 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilib.

Aparılan ilkin istintaq zamanı məlum olub ki, saxlanılan şəxslər Gərəkli kəndinin yaxınlığında, yüksək dağlıq ərazidə, kultivasiya üsulu ilə 45 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə bitkisi əkib və evlərindən aşkarlanan narkotik vasitə hesab edilən marixuananı da həmin bitkilərdən əldə ediblər.

Faktla bağlı Balakən RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0