Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda yüksək çinli məmurun ailəsində dəhşətli faciə

CC0 / Free-Photos / brokenQəzaya düşmüş avtomobil, arxiv şəkli
Qəzaya düşmüş avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hacı İbrahimin bacısı oğlu dəhşətli qəzada həyatını itirib

BAKI, 12 oktyabr — Sputnik. Üç gün əvvəl İmişli rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Sputnik Azərbaycan Lent.az-a istinadən xəbər verir ki, Hacıqabul-Horadiz yolunun İmişlinin Gövhərli kəndi ərazisindən keçən hissəsində, "Pikup" markalı avtomobil ekskavatora çırpılıb və avtomobilin sürücüsü qəzada ölüb.

© Photo : APAAzərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov - Sputnik Azərbaycan
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov

Vəfat edən, Qaradağ rayon sakini İbrahimov Vüsal Vidadi oğlunun, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun və tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin bacısı oğlu olduğu ortaya çıxıb. Vüsal İbrahimov xeyli vaxt imiş ki, Hacı İbrahimin İmişli rayonu ərazisindəki qum-çınqıl obyektlərinə nəzarət edirmiş və tez-tez bu rayona gedib-gəlirmiş.

© Photo : APATanınmış iş adamı Hacı İbrahim Nehrəmli
Tanınmış iş adamı Hacı İbrahim Nehrəmli - Sputnik Azərbaycan
Tanınmış iş adamı Hacı İbrahim Nehrəmli

Faktla bağlı cinayət işi açılıb, qəzanın səbəbləri araşdırılır.

Xəbər lenti
0