Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ermənistan ordusu itki verdi

© Sputnik / Asatur YesayantsErməni əsgərinin dəbilqəsi, arxiv şəkli
Erməni əsgərinin dəbilqəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır

BAKI, 11 oktyabr — Sputnik. Ermənistan ordusunun əsgərinin əlində qumbara partlayıb.

Sputnik Ermənistan xəbər verir ki, hadisə Ermənistanın Azərbaycanla sərhəddə dislokasiya olunan hərbi hissələrindən birində oktyabrın 10-da baş verib.

Orada xidmət edən Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Çaplin Marqaryan mühəndis işlərini yerinə yetirərkən döş qəfəsindən ölümcül yaralanıb. Yaralı əsgər hərbi hospitala çatdırılıb və bir neçə saatdan sonra orada keçinib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti
0