Əbülfəz Elçibəy

Elçibəy ailəsinə ağır itki üz verib

968
(Yenilənib 12:04 11.10.2017)
Almurad Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib

BAKI, 11 oktyabr — Sputnik. Azərbaycan Xalq Hərəkatının lideri və mərhum eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev vəfat edib. Bu barədə Sputnik Azərbaycan-a Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli xəbər verib.

Onun sözlərinə görə, A. Əliyev uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi: "O, bu gün səhər saatlarında həyata vida edib və Sulutəpə qəbiristanlığında dəfn olunacaq".

Qeyd edək ki, mərhumun 83 yaşı var idi. O, Elçibəyin vəfatından sonra parçalanmış Azərbaycan Xalq Cəbhəsini birləşdirmək istiqamətində atdığı addımlarla məşhurlaşmışdı. Amma cəhdləri nəticəsiz qalmışdı.

Elçibəy, Xəlil Rza Ulutürk və Əbülfəz bəyin qardaşı Almurad ağa. Aprel 1989-cu il
Elçibəy, Xəlil Rza Ulutürk və Əbülfəz bəyin qardaşı Almurad ağa. Aprel 1989-cu il

968
Teqlər:
Almurad Əliyev, Azərbaycan Xalq Hərəkatı, eks-prezident, qardaş, vəfat, Əbülfəz Elçibəy
Əlaqədar
Heydər Əliyev və Əbülfəz Elçibəy barədə düşündürücü təklif
Əbülfəz Elçibəyə etimadsızlıq günü