Qəza, arxiv şəkli

Sabirabadda ağır qəza baş verib: 3 nəfər ölüb

259
(Yenilənib 10:08 09.10.2017)
Faktla bağlı araşdırma aparılır

BAKI, 9 oktyabr — Sputnik. Sabirabadda ağır yol qəzası baş verib.

“Report”un xəbər verir ki, hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "KaMAZ" markalı yük avtomobili ilə "Mercedes" markalı avtomobil toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, daha 3 nəfərin yaralandığı bildirilir. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

259
Teqlər:
Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Şəhriyar kəndi, Sabirabad
Əlaqədar
Avtoxuliqanlıq edən taksi sürücüsü qəza törətdi
FHN 4 qadının ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yaydı
Magistral yolda dəhşətli qəza baş verdi
Bakıda yol polisi qəza törətdi
 Bıçaq əlində kişi, arxiv şəkil

Azyaşlı oğlunun gözü qarşısında arvadını qətlə yetirdi

16
Digah qəsəbə sakini 1985-ci il təvəllüdlü Əyyubova Sanara Möhübbət qızına çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub

BAKI, 31 oktyabr — Sputnik. Oktyabrın 30-da saat 12 radələrində Abşeron rayonu, Digah qəsəbə sakini 1985-ci il təvəllüdlü Əyyubova Sanara Möhübbət qızına çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən xəbərə görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1978-ci il təvəllüdlü Hüseynov Rafiq İman oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı azyaşlı oğlunun gözü qarşısında bıçaqla xəsarətlər yetirməklə Sanara Əyyubovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Rafiq Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

16
Teqlər:
bıçaq zərbəsi, bıçaqlanma, bıçaq, qətl hadisəsi, qətl, prokurorluq, Bakı
Yerli sakinlər və rəsmilər İzmirdə zəlzələdən sonra sağ qalanları axtarırlar

Qurban Yetirmişli: Dualarımız Türkiyədəki qardaşlarımızladır

16
Türkiyənin bir çox bölgələri, eləcə də Egey dənizi bölgəsi seysmik baxımdan aktiv zonadır. Vaxtaşırı həmin bölgədə güclü və hiss olunan zəlzələlər baş verir.

BAKI, 30 oktyabr - Sputnik. “Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən afterşoklar AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Seysmik Monitorinq Şəbəkəsi tərəfindən qeydə alınıb. Hazırda qardaş ölkədə baş verən zəlzələ ilə bağlı müşahidələrimizi davam etdiririk. Bizim bu sahədə qardaş ölkənin müvafiq qurumları - Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Kandilli Rəsədxanası ilə ikitərəfli əməkdaşlığımız və məlumat mübadiləmiz var. Türkiyənin bir çox bölgələri, eləcə də Egey dənizi bölgəsi seysmik baxımdan aktiv zonadır. Vaxtaşırı həmin bölgədə güclü və hiss olunan zəlzələlər baş verir. Bu gün baş verən zəlzələ də Egey dənizi zonasında olub”.

Sputnik Azərbaycan bildirir ki, bunu RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli söyləyib. O, İzmirdəki zəlzələ zamanı insan təlafatının və yaralıların olmasına görə kədərləndiyini və qardaş Türkiyə xalqının yanında olduqlarını bildirib.

“Türkiyə bizim təkcə qonşu və yaxın əməkdaşlıq etdiyimiz dövlət deyil. Türkiyə bizim qardaş ölkəmizdir. Ulu Öndərimizin dediyi kimi, biz “Tək millət, iki dövlətik”. Son hadisələr zamanı bunu bütün dünya da bir daha gördü. Ona görə də türk qardaşlarımızın kədəri bizim kədərimizdi. Düzdür, zəlzələ təbii fəlakətdir və onun qarşısını almaq mümkün deyil. Biz Türkiyəyə və qardaş türk xalqına əmin-amanlıq arzu edirik. Dualarımız Türkiyədəki qardaşlarımızladır. Allah Türkiyə dövlətini və xalqını qorusun!”

16
Teqlər:
Qurban Yetirmişli, zəlzələ, Aydın, İzmir, Türkiyə
Əlaqədar
Mehriban Əliyeva Türkiyəyə dəstəyini bildirdi: Kədəriniz kədərimizdir
İlham Əliyev Ərdoğana zəng vurdu: Qardaş ölkəyə hər cür yardım göstərməyə hazırıq
Türkiyədə bir gündə iki zəlzələ: ölən və xəsarət alanların sayı artdı - YENİLƏNİB
Baş Nazir Əli Əsədov Türkiyənin Vitse-prezidentinə kömək təklif etdi
Ceyhun Bayramov İzmirdəki zəlzələ barədə: "Keçmiş olsun, dualarımız sizinlə!"
Telefon oxuyan adam

Erməni yalanlarına qarşı yeni sayt yaradıldı

0
(Yenilənib 16:58 31.10.2020)
Bu cür halların qarşısını almaq üçün kütləvi şikayətin təmin olunması məqsədilə fake.az internet saytı yaradılıb.

BAKI, 31 oktyabr — Sputnik. Düşmənin saxta informasiya hücumlarının qarşısını almaq üçün sayt yaradılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, azərbaycanlı gənclər tərəfindən düşmənin həqiqətə uyğun olmayan xəbərlərinin qarşısını almaq üçün xüsusi sayt yaradılıb. Döyüşlər başlayan dövürdən əhali arasında inamsızlıq və çaşqınlıq yaratmaq məqsədilə düşmən, internet resurslarında və sosial şəbəkələrdə saxta səhifələr yaradaraq onların üzərindən feyk xəbərlər yayımlayırlar.

Bu cür halların qarşısını almaq üçün kütləvi şikayətin təmin olunması məqsədilə fake.az internet saytı yaradılıb.

Yeni yaradılmış sayta qeydiyyatsız daxil olmaq və şikayət olunan hesabların linkini bazaya əlavə etmək mümkündür. Bundan əlavə bazaya daxil edilmiş linklər vasitəsilə aidiyyəti üzrə "Facebook", "Telegram", "Apple", "Google" və s. şikayət etmək və bazaya daxil edilmiş şikayətlərin səbələri ilə tanış olmaq olar.

Əlavə olaraq, "Telegram" mobil tətbiqində @FakeazBot-dan istifadə edərək şikayət olunan hesabların linkini bazaya daxil etmək mümkündür.

0