Yol qəzası, arxiv şəkli

Xızıda ağır yol qəzası baş verib: ölənlər yaralananlar var

207
(Yenilənib 10:55 07.10.2017)
Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib

BAKI, 7 oktyabr — Sputnik. Bakı-Quba şosesinin Xızı rayonundan keçən hissəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, "Mercedes" markalı avtomobil yol kənarındakı maneələrə çırpılıb.

Hadisə nəticəsində 2 nəfər ölüb. Ölənlərin hər ikisi Rusiya vətəndaşıdır. Qəza zamanı ölənlərdən biri 1990-cı il təvəllüdlü Nağıyev Zəki Nağı oğlu, digəri isə 1971-ci il təvəllüdlü Nağıyeva Elnarə Zaman qızıdır.

Bundan əlavə, hadisə zamanı daha iki nəfər də ağır xəsarət alıb. Yaralılar M.Ә.Mirqasımov adına Respublika Klinik Xәstәxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

207
Teqlər:
Nağıyev Zəki, Nağıyeva Elnarə, Xızı rayonu, Rusiya
Əlaqədar
Avtoxuliqanlıq edən taksi sürücüsü qəza törətdi
FHN 4 qadının ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yaydı
Magistral yolda dəhşətli qəza baş verdi
Bakıda yol polisi qəza törətdi
Bakı-Quba magistralında ağır qəza