Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Məbəddə terror aktı nəticəsində ölənlərin sayı artır

© AFP 2023 / STR Pakistanda terror aktı, 5 oktyabr 2017-ci il
Pakistanda terror aktı, 5 oktyabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Hələlik heç bir terrorçu qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib

BAKI, 5 oktyabr — Sputnik. Pakistanın Bəlucistan əyalətində intiharçı-kamikadzenin məbəddə törətdiyi partlayış nəticəsində ölənlərin sayı 18-ə, yaralıların sayı isə 22 nəfərə çatıb.

Hadisə Çal-Maqsi şəhəri yaxınlığında baş verib. Belə ki, intiharçı-kamikadze məbədə daxil olan zaman polislər onu saxlamaq istəyərkən partlayıcı qurğunu işə salıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların arasında ən azı iki polis var.

Hələlik heç bir terrorçu qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Xəbər lenti
0