Masazırda su altında qalmış maşınlar

Abşeronda evlər, mağazalar, avtomobillər su altında qaldı

415
(Yenilənib 12:11 05.10.2017)
Paytaxtın bir addımlığında ağılasığmaz mənzərə

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 4 oktyabr — Sputnik. Bir neçə gündür davam edən yağıntılar şəhər əhalisinin əsaslı narahatlığına səbəb olub. Paytaxtın Xocəsən, Binəqədi, Biləcəri, Masazır və s. ərazilərində evləri, ticarət obyektlərini su basıb. Sputnik Azərbaycan-ın əməkdaşı bu gün Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində olub, sakinləri dinləyib.

Yaxınlıqda yaşayan Samir Abdullayevin sözlərinə görə, Masazır hər il payız-qış aylarında su altında qalır. Sakinlər aidiyyatı qurumlara müraciət etsələr də, bütün müraciətləri cavabsız qalıb.

  • Masazırda yağışın fəsadları
    Masazırda yağışın fəsadları
    © Sputnik / Irade JELIL
  • Masazırda yağışın fəsadları
    Masazırda yağışın fəsadları
    © Sputnik / Irade JELIL
  • Masazırda yağışın fəsadları
    Masazırda yağışın fəsadları
    © Sputnik / Irade JELIL
  • Masazırda yağışın fəsadları
    Masazırda yağışın fəsadları
    © Sputnik / Irade JELIL
  • Masazırda yağışın fəsadları
    Masazırda yağışın fəsadları
    © Sputnik / Irade JELIL
  • Masazırda yağışın fəsadları
    Masazırda yağışın fəsadları
    © Sputnik / Irade JELIL
  • Masazırda yağışın fəsadları
    Masazırda yağışın fəsadları
    © Sputnik / Irade JELIL
1 / 7
© Sputnik / Irade JELIL
Masazırda yağışın fəsadları

"Evləri, mağazaları su basır, icra hakimiyyətinə xəbər veririk. Su çəkiləndən sonra gəlib çıxırlar. Məcbur oluruq, suyu özümüz çəkək. Buna görə də bütün mağazalarda xüsusi nasoslar var. Bir balaca yağış yağan kimi nasosları işə salmağa məcbur qalırıq. Yoxsa küçənin suyu mağazamızın, evimizin içində dolur" — Abdullayev danışır.

Sakinlərin sözlərinə görə, bu, uzun illərdir ki, belə davam edir. Məsələyə kökündən həll yolunu heç kim bilmir.

Masazır sakini Hüseyn Quliyev deyir ki, su, əsasən yol kənarında yaşayan sakinlərin evlərinə və mağazalara dolur. Buna səbəb isə yolun çox hündürləşdirilməsidir: "Yolu çəkəndə elə çəkiblər ki, həyətlər, mağazalar alçaqda qalıb. İndi bir balaca yağış olan kimi süzülüb dolur evlərə, mağazalara. Sonra biz həmin suları öz gücümüzə təmizləməli oluruq. Dərdimizi kimə deyək, bilmirəm, amma hər il eyni problemi yaşayırıq".

Masazır sakinləri bildirirlər ki, yolkənarı obyektlərin çoxu su altında qalıb: "Siz üzü Abşeron Gənclər Şəhərciyinə sarı gedin, özünüz görəsəksiniz".

Sakinlərin dedikləri istiqamətdə irəlilədikcə, yolun sağ tərəfində olan obyektlərin çoxunu su basdığının şahid oluruq. Xatırladaq ki, yolun sağ tərəfində avtosalonlar yerləşir. Bəziləri hündür yerdə yerləşdiyi üçün, heç bir problem olmasa da, bir neçəsi alçaqda olduğu üçün bütün avtomobillər su altında qalıb.

Su altında qalmış şəhər
© Karikatura
Su altında qalmış şəhər

Sakinlərin sözlərinə görə, su altında "Bank Standart"a məxsus cərimə meydançasına yerləşdirilmiş avtomobillər və "Aysu" qida şirkəti qalıb. Bir qədər irəlilədikcə, ərazidə yerləşən hotel-restoranları da su basdığına şahid oluruq. Qeyd olunan obyektlərə girişi belə, su basdığı üçün içəri daxil olub, kiminləsə danışa bilmirik.

Masazır sakinləri deyirlər ki, onların bütün problemləri ilə Abşeron Rayon İcra Hakimiyyəti maraqlanmalıdır. Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti və "Bank Standart"-la əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən tapılmadı.

415
Teqlər:
Masazır qəsəbəsi, Abşeron rayonu, su, icra hakimiyyəti, yol, küçə, ev, sel, avtomobil, yağış
Əlaqədar
Sel cənub bölgəsini belə apardı - VİDEO
Bakı yaxınlığında göl daşıb, vəziyyət acınacaqlıdır
Paytaxtda daha bir yol çökdü: o istiqamətdə hərəkət dayandı
Xəzər dənizi, arxiv şəkli

Xəzərdə zəlzələ olub

19
(Yenilənib 16:23 24.11.2020)
Xəzər dənizindəki zəlzələnin maqnitudası 3,2 bal, dərinliyi 62 km olub. Yeraltı təkanlar hiss olunmayıb

BAKI, 24 noyabr — Sputnik. Bu gün Xəzər dənizində zəlzələ olub. Sputnik Azərbaycan-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 14:11-də Xəzər dənizində qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,2, dərinliyi 62 km olub. Zəlzələ hiss olunmayıb.

19
Teqlər:
zəlzələ, Xəzər dənizi
Bakıda yağışlı hava, arxiv şəkli

Hava şəraiti yenidən dəyişəcək - Amma bu dəfə...

20
(Yenilənib 13:56 24.11.2020)
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

BAKI, 24 noyabr — Sputnik. Noyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, noyabrın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz olacaq.

Noyabrın 25-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

20
Azərbaycan bayrağı, arxiv şəkli

Ərdoğan partiyasına Qarabağla bağlı tapşırıq verdi

0
(Yenilənib 14:53 25.11.2020)
Türkiyə Prezidenti: Kəlbəcər dünən tamamilə boşaldı. 30 ilə yaxın gecikmə ilə də olsa, bu məsələdə haqq yerini tapıb.

 

BAKI, 25 noyabr — Sputnik. Ölkəmizin dəstəyi sayəsində Azərbaycan toprağı olan Qarabağdakı erməni işğalı sona çatıb, münaqişənin uzunmüddətli həlli istiqamətində ümidlər ilk dəfə artıb. 

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxışı zamanı bildirib.

O, Kəlbəcərin işağldan azad edildiyini və artıq Qarabağda Azərbaycan bayrağının dalğalandığını da qeyd edib: 

"Kəlbəcər dünən tamamilə boşaldı. 30 ilə yaxın gecikmə ilə də olsa, bu məsələdə haqq yerini tapıb. Qarabağda Azərbaycan bayrağı dalğalanmağa başlayıb".

Türkiyə Prezidenti həmçinin lideri olduğu partiya yetkililərinə tapşırıb ki, hamı Dağlıq Qarabağla bağlı prosesə dəstək verməli və yeni reallıqlara uyğun addımlar atılmalıdır.

0
Teqlər:
AKP, Kəlbəcər, Dağlıq Qarabağ, Qarabağ, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan, Rəcəb Tayyip Ərdoğan, Ərdoğan