Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Las-Veqasda atışma nəticəsində ölənlərin sayı artır

© AFP 2023 / Mark RALSTON Las-Veqasda terror aktı
Las-Veqasda terror aktı - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən gecə “Mandalay Bay” hotel-kazino kompleksi yaxınlığında keçirilən musiqi festivalı zamanı 64 yaşlı yerli sakin Stiven Paddok izdihama atəş açıb

BAKI, 3 oktyabr — Sputnik. ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarının atəşə tutulması nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb.

APA-nın verdiyi xəbərə görə, bunu Las-Veqasın şerifi Cosef Lombardo keçirdiyi mətbuat konfransında bəyan edib.

“Ölən və yaralananların sayı artıb. Hazırda 59 nəfərin öldüyü təsdiqlənib, xəsarət alanların sayı 527 nəfərə çatıb” — deyə Lombardo bildirib.

Ötən gecə “Mandalay Bay” hotel-kazino kompleksi yaxınlığında keçirilən musiqi festivalı zamanı 64 yaşlı yerli sakin Stiven Paddok izdihama atəş açıb, daha sonra isə intihar edib. Qeyd edək ki, bu faciə ABŞ tarixində insanların atəş nəticəsində kütləvi şəkildə qətlə yetirildiyi ən qanlı hadisədir.

Xəbər lenti
0