Schiphol hava limanı

Şeyx aeroportda saxlanıldı: üstündə saxta pasport və...

7651
(Yenilənib 10:15 01.10.2017)
Onu 10 ilədək həbs cəzası gözləyir

BAKI, 29 sentyabr — Sputnik. Hollandiya hökuməti çeçen əsilli kriminal avtoritet, "Şeyx Həmzət" adı ilə cinayətkar aləmdə məşhur olan Həmzət Qastəmirovu, saxta pasportdan istifadə etməkdə və qanunsuz odlu silah gəzdirməkdə ittiham edir. Amsterdamın hüquq-mühafizə orqanlarının əməkdaşları, Schiphol hava limanı yaxınlığında əməliyyat həyata keçirərək, kriminal avtoriteti və onun adamlarını saxlayıblar.

Şeyx Həmzət Rövşən Lənkəranskinin qəbrini ziyarət edərkən
© Photo : ŞƏXSİ ARXİV
Şeyx Həmzət Rövşən Lənkəranskinin qəbrini ziyarət edərkən

Bu barədə Sputnik Azərbaycan-a kriminal aləmə yaxın mənbə məlumat verib. Mənbənin sözlərinə görə, hazırda Amsterdamda "Ümumavropa oğru kassasının nəzarətçisi" adlandırılan "qanuni oğru" Qastəmirovun məhkəməsi gözlənilir.

Şeyx Həmzət diqqət mərkəzinə 22 avqustda, 2016-cı il avqustun 17-dən 18-nə keçə gecə İstanbulda qətlə yetirilən "qanuni oğru" Rövşən Canıyevin (Rövşən Lənkəranski) qəbrini ziyarət etmək və onun il mərasimində iştirak etmək üçün gəldiyi Azərbaycandan uçarkən düşüb. Əvvəlcə onun harada olduğu barədə informasiya olmayıb.

Lakin bir müddət keçəndən sonra o və aralarında 8 cangüdəni və yaxınlarının da olduğu 13 nəfər adam Amsterdamın Sxiphol (Schiphol) hava limanı yaxınlığında saxlanılıb. Ehtimal var ki, Qastəmirov və adamlarının Amsterdam ərazisində olduğunu bilən Rövşən Lənkəranskinin düşmənləri onları holland hökumətinə satıblar.

Saxlanılan zaman Qastəmirovun üzərində bir ədəd tapança, Bolqarıstan vətəndaşı Peter Stoykov adına saxta pasport, bank kartları, 3 mobil telefon və 85 min avro dəyərində Franck Muller markalı saat olub. Bununla yanaşı hüquq mühafizəçiləri saxlanılan digər şəxslərdən 6 tapança və 4 ədəd "Kalaşnikov" tipli avtomat tapıblar. Sentyabrın 5-də məhkəmə saxlanılan şəxslərlə bağlı 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qastəmirovun yaxın ətrafından olan bir nəfəri məhkəmə 29 sentyabrda səhhəti ilə əlaqədar olaraq azadlığa buraxıb. Dekabrın 5-də Qastəmirovun işi üzrə məhkəmə prosesi başlayacaq. Niderland qanunlarına görə, onu sözügedən cinayətlərə görə, 7 ildən 10 ilədək həbs cəzası gözləyir.

7651
Teqlər:
cinayətkar aləm, kriminal avtoritet, Şeyx Həmzət, Hollandiya, qanuni oğru
Əlaqədar
Şeyx Həmzətin "Ləvəngi" restoranında saxlanılmasının detalları aydınlaşdı
Məşhur "avtoritet" Şeyx Həmzət Rövşən Lənkəranskinin qəbri üstündə: "Bu böyük itkidir"
Şeyx Həmzətin aradan götürülməsində Rövşən Lənkəranskinin düşmənləri maraqlı olublar
Qadın pəncərə yaxınlığında, arxiv şəkli

Bakıda daha bir intihar - özlərini eyni üsulla öldürdülər

46
(Yenilənib 19:55 26.01.2021)
Hadisə yanvarın 26-sı saat 17 radələrində paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində qeydə alınıb

BAKI, 26 yanvar - Sputnik. Bakıda daha bir intihar hadisəsi baş verib.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə yanvarın 26-sı saat 17 radələrində paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində qeydə alınıb.

Bakı sakini, 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı yaşadığı çoxmərtəbəli binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar edib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Qeyd edək ki, iki gün əvvəl Bakının Nərimanov rayonunda oxşar intihar hadisəsi olmuşdu. 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızı özünü yaşadığı binanın 18-ci mərtəbəsindən atmış, hadisə yerində keçinmişdi.

46
Teqlər:
qadın, Bakı, intihar

Can bazarında axtarışlar: Xırdalanda xilasetmə işləri - FOTO

17
(Yenilənib 17:35 26.01.2021)
On səkkiz saat davam edən axtarışlardan sonra FHN-in xilasediciləri körpə Fatimənin cansız bədənini dağıntılar arasından çıxara bildilər

Yanvarın 25-i saat 18:40-da Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Nəticədə uçqun olub. FHN xilasediciləri dağıntılar altından 6 nəfəri xilas ediblər. İki nəfər isə təəssüf ki, həlak olub. 

Sputnik Azərbaycan bildirir ki, həlak olanlardan biri - 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızının meyitini xilasedicilər bu gün günorta saatlarında dağıntılar arasından çıxara biliblər. Fatimənin anası, 33 yaşlı Aytən Musayevanın meyiti isə dünən gecə saatlarında tapılıb. Onun həyat yoldaşı, 38 yaşlı Vüsal Musayev və 12 yaşlı oğlu Firudin Musayev partlayışdan sağ qurtulsalar da, xəsarət aldıqlarından xəstəxanaya yerləşdiriliblər. 

Dağıntılar arasında axtarışlara Fövqəladə Hallar Nazirliyinin 228 əməkdaşı, eləcə də 19 texnikası, dörd xidmət iti, həmçinin Dövlət Yanğından Mühafizə Xidmətinin 20 əməkdaşı və 3 ədəd texnikası cəlb edilmişdi.

17
  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

Teqlər:
fotolent, axtarış, xilasedicilər, dağıntılar, partlayış, Xırdalan
Aleksey Navalnıy, arxiv şəkli

G7 ölkələrinin Navalnı tələbi

0
G7 ölkələrinin - Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-ın xarici işlər nazirləri Aleksey Navalnının dərhal azad edilməsini tələb ediblər

BAKI, 26 yanvar - Sputnik. G7 ölkələri Rusiya hökumətini bloger Aleksey Navalnını həbsdən azad etməyə çağırıb.

Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən məlumat verir. 

"Biz, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-ın xarici işlər nazirləri, eləcə də AB-nin yüksək statuslu nümayəndəsi, Aleksey Navalnının saxlanılmasını və siyasi motivli həbsini qətiyyətlə pisləyirik", - nazirlərin bəyanatında deyilir.

"Biz həmçinin minlərlə dinc nümayişçinin və jurnalistlərin saxlanılmasından da narahatıq və Rusiyanı özünün beynəlxalq və daxili öhdəliklərini yerinə yetirməyə, yanvarın 23-də özlərinin sərbəst toplaşma hüququnu reallaşdırmağa cəhd etdiklərinə görə saxlanılanları azad etməyə çağırırıq. Vətəndaşların öz rəylərini ifadə etmək hüuququnu polislər vasitəsilə, güc yoluyla dəf etmək qəbuledilməzdir", - bəyanatda yazılıb.

Nazirlər həmçinin bildiriblər ki, Avropa İnsan Haqları Məhkəməsi Navalnının tutulmasına rəvac verən məhkəmə qərarını da dəstəkləməyib. 

"Rusiya hökumətini qeyri-şərtsiz və dərhal cənab Navalnını azad etməyə çağırırıq... Biz cənab Navalnının, etirazçıların və jurnalistlərin həbsdən azad olunmaları barədə beynəlxalq çağırışlara Rusiyanın necə reaksiya verəcəyini, eləcə də cənab Navalnının zəhərlənməsinə görə cinayət işinin necə araşdırılacağını nəzarətdə saxlayacağıq", - nazirlər bildiriblər. 

Qeyd edək ki, yanvarın 23-də Rusiyanın müxtəlif şəhərlərində razılaşdırılmamış etiraz aksiyaları keçirilib. İnsanları mitinqlərə Navalnının tərəfdarları səsləyiblər. Saxlanılanlara hökumət nümayəndələrinə qarşı zorakılıq, yolların bağlanması, xuliqanlıq və sanitariya qaydalarının pozulmasına görə bir neçə cinayət işi açılıb. 

Aleksey Navalnı isə yanvarın 17-də Şeremetyevo aeroportunda həbs olunub. Həmin gün o, uzun müddət Almaniyada zəhərlənmədən müalicə aldıqdan sonra vətəninə qayıtmışdı.

0
Teqlər:
Rusiya, azadlıq, tələb, nazirlər, G7, Aleksey Navalni