Həbs

Bakıda tutulan transseksuallarla bağlı dəhşətli fakt aşkarlandı

1596
(Yenilənib 14:05 27.09.2017)
Bakıda QİÇS tapılan transseksualların sayı artdı

BAKI, 26 sentyabr — Sputnik. Bakıda paytaxt sakinlərinin çoxsaylı müraciətləri əsasında polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılan cinsi azlıq nümayəndələri məcburi həkim müayinəsinə cəlb ediliblər. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya bildirib ki, müayinələr tam başa çatmasa da, ilkin nəticələr ciddi narahatlığın olduğunu göstərir.

Tibbi müayinə zamanı cinsi azlığın nümayəndələrindən hələlik 16 nəfərində təhlükəli yoluxucu xəstəlik olan QİÇS və sifilis aşkar edilib: "Bu, bir daha onu sübut edir ki, istər əhalinin polisə müraciəti, istərsə də polisin belə reydlər keçirməsi əsassız olmayıb. QİÇS və digər yoluxucu dəri-zöhrəvi xəstəliklərin daşıyıcıları onlarla təmasda olan neçə-neçə gəncin həyatına, sağlamlığına təhlükə yaradıb".

"Yeri gəlmişkən onu bildirim ki, belə reydlər heç də cinsi azlığın bütün nümayəndələrini əhatə etmir. Əsasən o şəxslər saxlanılır ki, onlar nümayişkəranə, ətrafdakılara hörmətsizlik edərək öz hərəkətləri ilə insanlarda qıcıq, nifrət və ikrah hissləri yaradır və hansısa yoluxucu xəstəliyin daşıyıcısı olması barədə polis və səhiyyə orqanlarında məlumatlar var" — deyən E. Zahidov onu da əlavə edib ki, tibbi müayinələr davam edir.

1596
Teqlər:
Ehsan Zahidov, cinsi azlıq, QİÇS, transseksual, Bakı, polis, müraciət
Əlaqədar
Transseksual Şamplena Bakının bir rayonunu vahimədə saxlayır
Transseksual idmançılarla bağlı sensasion təklif: bu, reallaşarsa...
Transseksual idmançılar üçün yeni qaydalar
Нож, фото из архива

Çox sərt karantin: Sumqayıtda kütləvi davada gəncləri bıçaqlayıb öldürdülər

69
(Yenilənib 23:54 06.06.2020)
Bir neçə nəfər arasında düşən kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb. Onlardan ikisi ölüb. Ölənlərdən biri ilə yaralanan şəxs qardaşdır

BAKI, 6 iyun — Sputnik. Sumqayıtda kütləvi dava ölümlə nəticələnib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə axşam saatlarında şəhərin 10-cu mikrorayonunda yerləşən parkda olub. Bir neçə nəfər arasında düşən kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb. Onlardan ikisi ölüb. Ölənlərdən biri ilə yaralanan şəxs qardaşdır. 1988-ci il təvəllüdlü Qasımov Zöhrab Vəli oğlu ölüb, onun qardaşı, 1989-cu il təvəllüdlü Qasımov Tofiq isə yaralanıb.

Bıçaq yarasından ölən digər şəxs 1989-cu il təvəllüdlü Rəhimov Namiq Tahir oğludur.

Meyitlər müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

69
Əlaqədar
Bakıda gözəllik salonunda qətl: yenə baş rolda qısqanclıq...
Bakıda ata dilənmək istəməyən oğlunu bıçaqlayıb
Arvadını öldürməyə cəhd edən şəxsi prokurorluq cinayət məsuliyyətinə cəlb etdi
Yeyib-içmək məclisi ölümlə bitdi: Gəncədə qətl törədilib
Bərdədə bıçaqlanan icra başçısının keçmiş müavini imiş
Balakəndə yabanı halda bitən çətənə kolları

Balakən yenə öz ampluasında: onun təbiəti Cənubi Amerikanı keçməyi hədəfləyib

25
(Yenilənib 19:24 06.06.2020)
Başqa şəhərlərimizdə polis əməkdaşları karantin qaydalarını pozanlarla mübarizəylə məşğuldurlar, balakənlilərin isə ayrı dərdi var

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI,  6 iyun — Sputnik. Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kortala kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

© AR Ministry of Internal Affairs
Balakəndə çətənə kollarının yandırılması

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 200 kiloqram yabanı halda bitən çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

25
Əlaqədar
İt döyüşdürənin üzərindən narkotik çıxdı
Beşmərtəli evin altıncı mərtəbəsi və ya Pedronun arzuları
Kreativlik nümayiş etdirmiş Balakən sakini saxlanıldı
Qardaş "hədiyyəsi" belə ağır olmamalı idi - FOTO
Bakıda ata dilənmək istəməyən oğlunu bıçaqlayıb
ABŞ-da etirazlar

Benksi etirazını bildirdi: “Kimsə qapını sındırmalı olacaq”

0
(Yenilənib 23:43 06.06.2020)
Onun sözlərinə görə, Floydun başına gələn hadisələr aşağı mərtəbədə yaşayan insanların başına su axıdan boruya bənzəyir

BAKI, 6 iyun — Sputnik. Britaniyalı məşhur küçə rəssamı Benksi Minneapolisdə afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ABŞ-da başlanan etirazlara həsr etdiyi işini göstərib.

Sputnik Azərbaycan bildirir ki, o, şəkli özünün Instagram səhifəsində yerləşdirib.

Şəkildə rəssam qara insanın matəm portretini və onun üst tərəfindən asılmış, bir qırağı şamdan od alan Amerika bayrağını təsvir edib.

“Rəngli (qara) insanlar sistemə görə uğursuzluğa düçar olublar. Ağ sistemə görə”, - Benksi paylaşımında yazıb.

Onun sözlərinə görə, Floydun başına gələn hadisələr aşağı mərtəbədə yaşayan insanların başına su axıdan boruya bənzəyir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Banksy (@banksy)

“Bu düzgün olmayan sistem onların həyatını məşəqqətə çevirir, ancaq (boruları) təmir etmək – onların vəzifəsi deyil. Heç kim onları yuxarıdakı mənzilinə buraxmayacaq”, - yazan rəssam əlavə edib ki, bu, “ağ adamların problemidir” və buna görə istənilən halda kimsə “yuxarı qalxıb qapını sındırmalı olacaq”.

Mayın 25-də Minneapolisdə polis əməkdaşları afroamerikalı Corc Floydu həbs ediblər. Bu zaman onu yerə yıxıblar, polis zabitlərindən biri dizi ilə onun boynunu sıxıb. Floyd dəfələrlə nəfəs ala bilmədiyini desə də, buna əhəmiyyət verməyiblər. Nəticədə Floyd reanimasiyada dünyasını dəyişib. Bundan sonra ABŞ-da kütləvi etiraz və iğtişaşlar başlayıb.

0
Əlaqədar
İrqçilər yaddan çıxdı. Amerikadakı etirazlar necə soyğunlara çevrildi
Mən Corc Floydam: ABŞ-da başlayan etirazlar bütün dünyanı bürüyüb
Biz şokdayıq: azərbaycanlılar ABŞ-dakı iğtişaşlardan danışdılar
Amerika tənəzzülünün xronikası: uşaqlara polisə nifrət etmək öyrədilir
Yaşlı kişini ölümcül hala salan polislərə həmkarlarından dəstək - VİDEO