Gecə klubu, arxiv şəkli

Bakıda gecə klubunun sahibəsini kim niyə zorlayıb

1626
(Yenilənib 22:39 25.09.2017)
Bakının mərkəzindəki gecə klubunun sahibəsi polisə ərizə yazaraq tanışının onu zorladığını və ondan hədə-qorxu yolu ilə pul aldığını bildirib

BAKI, 25 sentyabr — Sputnik. Bakının mərkəzindəki gecə klubunun sahibəsi polisə ərizə yazaraq tanışının onu zorladığını və ondan hədə-qorxu yolu ilə pul aldığını bildirib. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat veriblər.

Paytaxtın Manafov küçəsində yerləşən müəssisənin 1989-cu il təvəllüdlü sahibəsi S.O. Nizami rayon Polis İdarəsinin 22-ci bölməsinə ərizə ilə müraciət edib. O, bildirib ki, sentyabrın 24-də saat 04.00-da onun 1968-ci il təvəllüdlü tanışı Abdullayev onu bıçaqla hədələyərək onunla zorla cinsi əlaqədə olub. Sonra isə ondan hədə-qorxu yolu ilə pul tələb eləyib.

Lakin araşdırma aparılarkən məlum olub ki, məsələ bir qədər fərqlidir. Əməliyyatçılar cinayətdə şübhəli bilinən şəxsi dindiriblər və o, etiraf edib ki, həmin gecə möhkəm sərxoş olub.

Onunla çoxdan tanıdığı müəssisə sahibəsi arasında münaqişə baş verib. Kişi bildirib ki, qız öz tanışlarının yanında onunla pis rəftar edib. Bu isə onu həddindən artıq hiddətləndirib və o, bıçağa əl ataraq qızdan izahat tələb edib. Lakin heç bir zorlama və təhdidlə pul tələbi olmayıb, deyə şübhəli şəxs bildirib. Abdullayevə inzibati sanksiya olaraq 30 sutkalıq həbs tətbiq edilib.

1626
Teqlər:
Bakı, Nizami Rayon Polis İdarəsi, zorlama, münaqişə, hədə-qorxu
Əlaqədar
Sabiq nazir zorla məhkəməyə gətiriləcək
Bakının mərkəzində şiddət yaşanır: sakinləri zorla evlərindən çıxarırlar
Xanım səfiri hava limanında zorla soyundurdular
"Pulu mən zorla verdilər və korrupsiya idarəsinin əməkdaşları otağa daxil oldu"

Bakıya yağış yağıb, evləri su basıb

357
İntensiv yağan yağışlar nəticəsində Bakı şəhərinin müxtəlif ərazilərində bəzi fərdi evlər və həyətyanı sahələr subasmaya məruz qalıb.

BAKI, 26 sentyabr - Sputnik. 26 sentyabr 2021-ci il tarixində gecə saatlarından başlayaraq Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri sakinlərindən yağışların törətdiyi fəsadların aradan qaldırılması ilə əlaqədar müraciətlər daxil olub.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadla bildirir ki, qəbul edilmiş müraciətlərlə əlaqədar olaraq, ilk növbədə, Fövqəladə Hallar Nazirliyi tərəfindən əməliyyat şəraitinin qiymətləndirilməsi aparılıb.

Müəyyən olunub ki, intensiv yağan yağışlar nəticəsində Bakı şəhərinin müxtəlif ərazilərində bəzi fərdi evlər və həyətyanı sahələr subasmaya məruz qalıb.

Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının canlı qüvvə və texnikası suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.

357
Bosfor boğazı, arxiv şəkli

Bosforda toqquşan Rusiya Türkiyə gəmiləri limanda lövbərə qoyulub

1244
(Yenilənib 12:59 25.09.2021)
Rusiya KİV-ləri Türkiyə hakim dairələrinə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar olmayıb.

BAKI, 25 sentyabr - Sputnik. Bosfor boğazında Rusiya və Türkiyəyə məxsus yük gəmiləri toqquşub.

Bu barədə RİA Novosti Türkiyə hakim dairələrinə istinadən xəbər verir.

"Hadisə yerinə üç xilasedici kater və 14 yedəkçi gəmi göndərilib. "Rusiç 10" və "Tahsin İmamoğlu" gəmiləri limanda lövbərə qoyulub", - deyə Türkiyənin Sahil Mühafizəsi Xidmətindən bildirilib.

Məlumatda deyilir ki, xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alanlar olmayıb.

 

1244
Teqlər:
Rusiya, Türkiyə, gəmirmə, Bosfor boğazı

Bakıda şəhidlərinin xatirəsinə səmaya işıq fənərləri buraxılıb

0
"Şəhidlərimiz qürurumuzdur" adlı aksiyası zamanı "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri səmaya 3000-dək işıq fənəri uçurdublar.

Bu gün vətən müharibəsi zamanı şəhid olan soydaşlarımızın xatirəsinə həsr edilən anım tədbiri keçirilib.

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin "Şəhidlərimiz qürurumuzdur" adlı aksiyası zamanı bu gün təməli qoyulan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin ərazisində quraşdırılmış xüsusi projektorlardan səmaya yönələn şüalar Zəfər tağını simvolizə edib. Aksiyada "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri səmaya 3000-dək işıq fənəri uçurdublar.

Qeyd edək ki, sentyabrın 27-si Vətən Müharibəsinin başlamasının bir ili tamam olur. 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilib. Artıq bir necə gündür ölkədə Anım Gününə hazırlıqlar gedir.

Eyni zamanda Bakının bəzi küçə və prospektlərində eyvanlardan bayraqlar asılıb. Bu gün saat 12:00-da ölkə ərazisində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər sakinləri, hərbçilər və rəsmilər İkinci Fəxri Xiyabanda uyuyan şəhidlərimizin məzarlarına baş çəkərək şəhidlərin xatirələrini yad ediblər.

Paytaxtda Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yürüş keçirilib. Yürüş iştirakçıları əllərində Vətən müharibəsində qəhrəmancasına şəhid olanların şəkilləri əks olunan plakatlar daşıyıblar.

0
  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.