Tofiq Heydərov, arxiv şəkli

Azərbaycanda məşhur adamı, baş məşqçi həbs olunub? - Şok ittiham

1322
(Yenilənib 14:24 23.09.2017)
Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, boşaldılan obyektlərin sahibləri də xəbəri təsdiqləyiblər

BAKI, 22 sentyabr — Sputnik. "AAAF Park" Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov həbs edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə bəzi saytlar məlumat yayıb.

Bildirilir ki, hazırda "AAAF Park" ərazisində hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarışlar aparılır. Ərazidə olan bütün obyekt sahiblərinə xəbərdarlıq edilib və heç kəs əraziyə buraxılmır.

Sputnik Azərbaycan-ın əməkdaşı məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxlayıb. "Ərazidə Xırdalan şəhər və Bakı Şəhər prokurorluqlarının əməkdaşları ola bilər. Amma mənim məsələdən xəbərim yoxdur" — deyə Sultanov bildirib.

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, boşaldılan obyektlərin sahibləri də xəbəri təsdiqləyiblər. Məlumatı dəqiqləşdirmək üçün "AAAF –Park" yaşayış Kompleksi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Yerli KİV-də iddialar var ki, iş adamı Tofiq Heydərov hansısa dini sektanın üzvüdür. Xatırladaq ki, Tofiq Heydərov, eyni zamanda ağır atletika yığma komandasının baş məşqçisidir. O, bir müddət Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti postunda da çalışıb.

T. Heydərov tez-tez medianın gündəminə gəlirdi. O, daha çox nurçuluqda ittiham olunurdu. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, yoxlamalara Vergilər Nazirliyinin əməkdaşları da cəlb olunub.

1322
Teqlər:
iş adamı Tofiq Heydərov, "AAAF Park" Yaşayış Kompleksi, obyekt, Baş Prokurorluq, həbs
Əlaqədar
Xanımını lüt soyundurub işgəncə edən şəxs həbs olundu
Azərbaycanda məmur oğlu həbs olundu
Mehman Əliyev həbsdən azad edilir?
"Türkiyədə 50 vətəndaşımız həbs olunub"
Türkiyədə daha iki Almaniya vətəndaşı həbs olunub
Bizim pullarımızı aparıb rüşvət verdi və həbs olundu

Füzulidə minaya düşən şəxslərin meyitləri ailələrinə təhvil verilib

18
(Yenilənib 21:18 28.11.2020)
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

BAKI, 28 noyabr - Sputnik. 2020-ci il 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, agentliyin mütəxəssislərindən ibarət əməliyyat-axtarış qrupu dərhal həmin əraziyə göndərilib, aparılmış xilasetmə əməliyyatı zamanı xüsusi təhlükəsizlik zolağı açılaraq Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızının meyitləri ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

"Agentlik tərəfindən bir daha bildiririk ki, işğaldan azad olunmuş ərazilər mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməmiş həmin ərazilərə təhlükəsizlik səbəbindən mülki şəxslərin girişi qəti qadağandır", - ANAMA bildirib. 

18
Teqlər:
mina, Füzuli rayonu, Füzuli, ANAMA
Adilzadə Zibeydə, arxiv şəkli

Baş redaktor Füzulidə minaya düşərək həlak olub

119
(Yenilənib 17:27 28.11.2020)
Füzuli Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Qayıdış” qəzetinin baş redaktoru Zibeydə Adilzadə bu gün Aşağı Seyidəhmədli kəndi ərazisində "Toyota" markalı avtomobillə hərəkətdə olarkən minaya düşərək qohumları ilə birlikdə həlak olub.

BAKI, 28 noyabr - Sputnik. Bu gün Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində "Toyota" markalı avtomobillə hərəkətdə olarkən minaya düşərək həlak olanlardan biri jurnalistdir.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, ölənlərdən Adilzadə Zibeydə Şakir qızı (Zibeydə Şakir) Füzuli Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Qayıdış” qəzetinin baş redaktorudur.

Qeyd edək ki, Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərimizə qarşı cinayət əməllərini törədib.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 28 noyabr saat 15:20-də Azərbaycan Respublikasının vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu, Hacıyeva Elminaz Məhərrəm qızı və Adilzadə Zibeydə Şakir qızı Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində 90-BL-558 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilisb, digər prosessual hərəkətlər yerinə yetirilib.

119
Teqlər:
Böyük Qayıdış, qayıdış, baş redaktor, Füzuli rayonu, Füzuli