Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İki yüz nəfər itkin düşdü

© REUTERS / Claudia DautMeksikada baş verən güclü zəlzələ nəticəsində çökən bina
Meksikada baş verən güclü zəlzələ nəticəsində çökən bina - Sputnik Azərbaycan
Abunə olmaq
Zəlzələ nəticəsində ölənlərin sayının 273 nəfərə çatıb

BAKI, 22 sentyabr — Sputnik. Meksikada güclü zəlzələdən sonra təqribən 200 nəfər itkin düşmüş hesab olunur.

“Report” xəbər verir ki, bunu ölkənin mülki müdafiə qüvvələrinin milli koordinatoru Luis Felipe Puente deyib.

O həmçinin əlavə edib ki, zəlzələ paytaxt Mexikoda 44-ə yaxın evi dağıdıb.

Puentenin sözlərinə görə, yaxın vaxtlarda daha bir neçə tikili yeraltı təkanlar nəticəsində dağıla bilər.

Zəlzələ nəticəsində ölənlərin sayının 273 nəfərə çatıb.

Xəbər lenti
0