Qasırğa, arxiv şəkli

Qasırğa baş nazirin evini uçurdu

142
(Yenilənib 17:01 21.09.2017)
“Şiddətli külək evin damını uçurub. Təbii fəlakət qarşısında acizəm. Hazırda evi su basır”

BAKI, 19 sentyabr — Sputnik. Karib dənizində maksimal 5-ci dərəcəyədək güclənən “Mariya” qasırğası Dominika Birliyinin baş naziri Ruzvelt Skerritin evini uçurub.

APA-nın xəbərinə görə, baş nazir bu barədə özünün “Feysbuk” səhifəsində yazıb.

“Şiddətli külək evin damını uçurub. Təbii fəlakət qarşısında acizəm. Hazırda evi su basır”, yazan R.Skirret daha sonra xilas edildiyini bildirib.

Qeyd edək ki, 2015-ci ilin avqustunda “Erika” qasırğası Dominika adasında ciddi fəsadlar törədib.

142
Teqlər:
Qasırğa, Ruzvelt Skerrit, Karib dənizi, Dominika adası, Dominika Birliyi
Əlaqədar
Dəhşətli qasırğa insanları və ağacları pərən-pərən saldı - Görüntülər
Moskvada qasırğa qurbanlarının sayı artır
Paytaxtda qasırğa nəticəsində yeddi nəfər həlak olub
Güclü qasırğa gözlənilir - xəbərdarlıq
Ölkənin şimal-qərbində qasırğa qopdu, damları uçurdu, yollar bağlandı