Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qoz ağacı iki ailəyə bədbəxtlik gətirdi

CC BY-SA 2.0 / Avi / Walnut TreeQoz ağacı, arxiv şəkli
Qoz ağacı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Dünən axşam saatlarında Qax rayonunun Tanqıt kəndində arzuolunmaz hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, rayon sakini, 59 yaşlı Adil Şıxməmməd oğlu Məmmədov yaşadığı evin həyətyanı sahəsindəki qoz ağacından yıxılıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Adil Məmmədov Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. Ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub, müalicəsi xəstəxananın cərrahiyə şöbəsində aparılır.

Qeyd edək ki, Qaxda analoji hadisə 2 gün əvvəl də baş verib. Belə ki, rayonun Zərnə kənd sakini, 50 yaşlı Elşən Əfəndiyev yaşadığı evin həyətyanı sahəsindəki qoz ağacından yıxılıb. Döş qəfəsinin travması diaqnozu qoyulan Elşən Əfəndiyevin müalicəsi də xəstəxananın cərrahiyə şöbəsində aparılır.

Xəbər lenti
0