Удар ножом в сердце, фото из архива

Şəkidə bıçaqlama günün trendinə çevrilib

51
(Yenilənib 22:23 16.09.2017)
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır

BAKI, 16 sentyabr — Sputnik. Şəki şəhər Sabit Rəhman küçəsi ev 4 mənzil 2 ünvanında yaşayan 1981-ci il təvəllüdlü şəhər sakini Etibar Nadir oğlu Abdurəhmanov sağ qolun kəsilmiş-deşilmiş yarası ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət edib.

MRX-dan APA-ya verilən məlumata görə, müayinə zamanı 36 yaşlı Etibar Abdurəhmanovun tanışı tərəfindən bıçaqlanması məlum olub. Etibar Abdurəhmanova lazımi tibbi yardım göstərildikdən sonra xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Etibar Abdurəhmanovla tanışı Şəki şəhər Ruhulla Axundov küçəsində yaşayan 1999-cu il təvəllüdlü Ayxan Zaur oğlu Kərimli arasında mülkü məsələ ilə bağlı mübahisə düşüb. Mübahisə zamanı 18 yaşlı Ayxan Kərimli Etibar Abdurəhmanova bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. Keçirilmiş tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan Ayxan Kərimli saxlanılıb.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır. 

51
Günəş, arxiv şəkli

Yunanıstanda maraqlı təbiət hadisəsi baş verib

38
"Günəş iti" kimi bir fenomenal hadisəni demək olar ki, xüsusilə yaxşı havalarda dünyanın hər yerində görmək mümkündür.

BAKI, 2 iyul — Sputnik. Yunanıstanda "Günəş iti" adlanan nadir bir təbiət hadisəsi baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, hadisənin video görüntüsü "Youtube"-da paylaşılıb. Videoda Günəşin su üzərində dayandığı an təsvir olunur. Göy gövdəsi yarıya qədər buludla örtülüb. Nəticədə günəşin "ikiqat olması" xəyalı yaranır. "Günəş iti" kimi bir fenomenal hadisəni demək olar ki, xüsusilə yaxşı havalarda dünyanın hər yerində görmək mümkündür.

Xatırladaq ki, kameralar 2019-cu ilin dekabrında Amerikanın Missuri ştatındakı Sent-Luis şəhəri üzərində səmada Yer atmosferinə daxil olan meteoru çəkmişdi.

38
Teqlər:
Günəş, Yunanıstan
Qəza, arxiv şəkli

Lerikdə dəhşətli qəza: Avtomobil 300 metrdən dərəyə aşıb, 3 nəfər ölüb

105
(Yenilənib 10:37 02.07.2020)
Bürsülüm kəndinə gedən dağ yolunda "UAZ" markalı avtomobil yoldan çıxaraq 50-60 metr yüksəklikdən dərəyə aşıb.

BAKI, 2 iyul — Sputnik. BAKI, 2 iyul – Sputnik. Lerik rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, hadisə Bürsülüm kəndinə gedən dağ yolunda qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Habil Əzimovun idarə etdiyi "UAZ" markalı avtomobil yoldan çıxaraq təxminən 300 metr hündürlükdən dərəyə aşıb. Nəticədə sürücü və sərnişinlərdən Elnarə Dadaş qızı İbrahimova və 1996-cı təvəllüdlü Təyyar Tərlan oğlu Əliyev dünyasını dəyişib.

Qəza zamanı avtomobildə olan 1984-cü il təvəllüdlü Mübariz İxtiyar oğlu Zeynalov və 2005-ci il təvəllüdlü Şeyda Habil qızı Əzimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

105