BAKI, 16 sentyabr — Sputnik. Moskvada qasırğadan 15 nəfər zərər çəkib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, dünən Moskvada baş verən qasırğa zamanı zərərçəkən 15 nəfərdən 2-si uşaqdır. Paytaxt həkimlərinin sözlərinə görə, zərərçəkənlərin əksəriyyəti yıxılaraq yüngül xəsarət alıb. Xəsarət alanlardan 6 nəfəri xəstəxanaya yatırılıb. Onlarda daha ağır zədələr müəyyən edilib.
Qasırğa zamanı küləyin surəti saatda 25 metr olub. Külək onlarla ağacı yerindən çıxarıb. Güclü külək evlərin damına da zərər verib.
Havanın pisləşəcəyi barədə dünən günorta məlumat verilib. Paytaxtda hava təhlükəsində narıncı səviyyə elan edilib. Narıncı səviyyə hansısa təbii fəlakətin olacağı və binalara zərər dəyə biləcəyi ehtimalıdır.