Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

London terroruna görə məsuliyyəti üzərinə götürən tapıldı

© REUTERS / Luke MacGregorParsons Green metro stansiyası yaxınlığında polis, London
Parsons Green metro stansiyası yaxınlığında polis, London - Sputnik Azərbaycan
Abunə olmaq
İŞİD Londonda törədilmiş terror aktına görə məsuliyyəti üzərinə götürüb

BAKI, 15 sentyabr — Sputnik. İŞİD terror qruplaşması Londonda törədilmiş terror aktına görə məsuliyyəti üzərinə götürüb.

"Report" xəbər verir ki, bu barədə ekstremistlərin informasiya fəallığının monitorinqini aparan "SITE" saytı məlumat yayıb.

Qeyd edək ki, cümə günü səhər Londonun qərbindəki "Parsons Green" stansiyasında partlayış törədilib. Nəticədə bir neçə nəfər müxtəlif dərəcəli xəsarət alıb. Şahidlərin sözlərinə görə, əldəqayırma partlayıcı qurğu tam gücü ilə olmamaqla işə düşüb.

Hadisə zamanı 29 nəfər yaralanıb. Onların həyatına təhlükə olmadığı bildirilir.

Xəbər lenti
0