Teatr səhnəsi, arxiv şəkli

Dövlət teatrındakı əlbəyaxa dava yuxarı müstəviyə daşındı

1143
(Yenilənib 08:21 18.09.2017)
Qalmaqal nazirlik səviyyəsinə qalxıb, hazırda araşdırma gedir

BAKI, 15 sentyabr — Sputnik. İrəvan Azərbaycan Dram Dövlət Teatrının aktyorları bu dəfə ictimaiyyətin diqqətini özünə yeni tamaşalarla deyil, son bir neçə gündə müzakirələrə səbəb olan qeyri-adi insidentlə cəlb ediblər. Azərbaycan KİV-də yayılan informasiyalara görə, bir neçə qadın (teatrın texniki işçiləri) naməlum səbəbdən gənc aktyor Elçin Hacının üstünə hücum çəkərək onu döyüblər.

Sputnik Azərbaycan-ın əməkdaşı tərəflərlə görüşüb aydın olmayan insidentin əsl səbəblərini ayırd etməyə çalışıb. Elçin Hacı qeyd edib ki, bu situasiyada yeganə zərərçəkmiş şəxs odur. Onun sözlərinə görə, direktor İftixar Piriyev tərəfindən öyrədilib göndərilmiş teatrın işçiləri onun otağına giriblər və müxtəlif sözlərlə onu təhqir etməyə başlayıblar.

Aktyor Elçin Hacı
Aktyor Elçin Hacı

"Onlar yumruqları ilə mənim üstümə atıldılar. Mən çətinliklə onların öhdəsindən gəldim. İnsidentdən sonra teatrın direktoru və həmin qadınlar mənə qarşı təhqirləri dayandırmadılar. Bu dəfə isə təhqir direktorun otağında baş verirdi. Bütün bunlardan sonra mən özümü pis hiss etməyə başladım və dəhlizə çıxmaq qərarına gəldim. Orada isə huşumu itirib yıxılmışam və başım daş pilləkənə dəyib" — deyə Hacı bildirib.

Təcili Tibbi Yardım Xidməti aktyora tibbi yardım göstərmək üçün onu "Semaşko" xəstəxanasına aparıb. Onun sözlərinə görə, yaxşı ki, hər şey keçib və o, başından zədə almayıb. Hazırda aktyor teatra gedir və qorxur ki, hər dəqiqə direktor Piriyev və komandası ona yenidən iftira atacaq.

Teatrın rəhbərliyi isə qeyd edib ki, hazırda Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları teatra gələrək baş vermiş insidentin səbəblərini müəyyənləşdirməyə çalışırlar. Teatrın işçiləri Elçin Hacının sözlərini təkzib ediblər və bildiriblər ki, o, zərərçəkmiş tərəf deyil, əksinə, davanı törədəndir. Onların sözlərinə görə, özləri də başa düşmürlər ki, aktyor niyə ortalığı qarışdırıb.

"İnsident baş verən zaman onun yanında heç kəs olmayıb. O, özü yıxılıb və təcili yardım tərəfindən xəstəxanaya aparılıb. Sonra isə xəstəxanadan evə buraxılıb və onun səhhətində heç bir problem yaranmayıb" — deyə teatrdan bildiriblər.

Teatrın əməkdaşlarının fikrincə, Elçin Hacı bütün bu səhnəni ona görə qurub ki, teatrın rəhbərliyinin onu işdən qovacağını düşünüb: "Lakin bu, heç də belə deyil. Aktyor cəzalandırılmayacaq və öz işini davam etdirəcək".

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, onlar bu məsələ ilə məşğuldurlar. Əmindirlər ki, İrəvan teatrının direktoru Piriyev öz işçiləri ilə münasibətlərdə düzgün mövqe tutacaq, arada olan bütün problemləri həll edəcək və belə hallar bir daha təkrarlanmayacaq.

1143
Teqlər:
İftixar Piriyev, Təcili Tibbi Yardım Xidməti, Elçin Hacı, İrəvan Azərbaycan Dram Dövlət Teatrı, direktor, aktyor, qadın
Əlaqədar
Teatr yeni mövsümə sürpriz hazırlayır
Teatrın direktoru Kiyevdə işgüzar səfərdədir
ƏSA teatrından daha bir ilk
144 yaşlı Azərbaycan teatrının arzuları da var, problemləri də
Aktyor: “Bizim teatrda boş yer olmur”
Qandal, arxiv şəkli

Gəncədə narkotik satan alan şəxslər saxlanılıblar

5
(Yenilənib 18:33 05.12.2020)
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus, şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram 056 qram çəkidə, narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb

BAKI, 5 dekabr — Sputnik. Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, Gəncə şəhər sakinləri - 31 yaşlı Tahir Əliyev və əvvəllər məhkum olunmuş, 27 yaşlı Orxan Sadıqov saxlanılaraq ŞBPİ-yə gətiriliblər. Onların üzərinə baxış keçirilən zaman O.Sadıqovun üzərindən ümumi çəkisi 1 qram, T. Əliyevin üzərindən isə 2 qram narkotik vasitə olan "marixuana" aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus, şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram 056 qram çəkidə, narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Aparılan araşdırmalar zamanı həmin şəxslərə narkotik vasitə satan şəxsin əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Ramil Əliyev olduğu müəyyən edilib. Onun yaşadığı fərdi yaşayış evində keçirilən əməliyyat-axtarış zamanı üzərindən 15 ədəd kağız bükümlərdə, ümumi çəkisi 15 qram, evin dam örtüyünün altından isə ayrı-ayrı sellofan torbalarda və şüşə bankalarda qablaşdırlımış, ümumi çəkisi 4 kiloqram 025 qram qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Faklarla bağlı araşdırmalar davam etdirilir.

5
Teqlər:
Gəncə, narkotik maddə, narkotacir, narkotik
PPX avtomobili, arxiv şəkli

Bərdədə koronavirus xəstəsi qayda pozub, məsuliyyətə cəlb edildi

6
(Yenilənib 15:34 05.12.2020)
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Bərdə rayon Polis Şöbəsinə göndərilib

BAKI, 5 dekabr — Sputnik. Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

Sputnik Azərbaycan Bərdə Rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, Bərdə rayon sakini, 1996-cı il təvəllüdlü Alışanov Amil Ədalət oğlu COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 03.12.2020-ci il tarixdə yaşadığı evi qanunsuz tərk etməklə karantin rejimini kobud surətdə pozub, yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Bərdə rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

6
Teqlər:
qayda, xəstə, COVID-19, Koronavirus, epidemiya
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Azərbaycanlı qardaşlarımızın sayəsində Qarabağ səmasını ay-ulduz bəzəyir - Ərdoğan

0
(Yenilənib 19:25 05.12.2020)
"Yenə də vurğulamaqda fayda görürəm: Azərbaycan kimsənin torpağına əl uzatmadı, kimsəyə hücum etmədi, Birləşmiş Millətlər Təşkiları və ATƏT-in qərarına rəğmən 30 il işğal altında saxlanan torpaqlarını azad etdi"

BAKI, 5 dekabr - Sputnik. "Ermənilər Azərbaycan torpaqlarına hücum edəndə bütün qəlbimiz və imkanlarımızla qardaşlarımızın imdadına yetişdik. Qarslılar bu erməniləri çox yaxşı tanıyırlar. Ortaq tariximiz, mədəniyyətimiz, inancımız və dil birliyimizin tələb etdiklərini gerçəkləşdirərək Dağlıq Qarabağ və ətrafındakı işğal altında olan Azərbaycan torpaqlarının azadlığına qovuşmasında bir zəhmətimiz oldu. Azərbaycanlı qardaşlarımızın mücadiləsi nəticəsində, həmd olsun, Qarabağ səmalarını əskilər deyil, ay-ulduzlu bayraqlar bəzəyir".

Sputnik Azərbaycan bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videobağlantı ilə qatıldığı Sarıkamış-Karakurt-Xorasan yolunun açılış mərasimində söyləyib. 

"Azərbaycan bayrağı şəhidlərimizin qəhrəmanlıqlarının timsalı olaraq Dağlıq Qarabağda qürurla dalğalanır. İnşallah, Naxçıvan ilə Azərbaycan arasındakı əlaqəni təmin edəcək dəhlizin açılmasıyla qardaşlarımızla birbaşa quru yolu əlaqəsi quracağıq", - deyən Ərdoğan əlavə edib ki, bu işdən ən çox faydanı da Qars görəcək. 

30 illik işğaldan sonra Azərbaycanın öz torpaqlarına yenidən qovuşmasının haqlı sevincini yaşadığını vurğulayan Ərdoğan deyib ki, Qarabağda qazanılan zəfər həm beynəlxalq hüquq, həm diplomatiya, həm də hərbi baxımdan Azərbaycana anasının ağ südü kimi halaldır. 

"Yenə də vurğulamaqda fayda görürəm: Azərbaycan kimsənin torpağına əl uzatmadı, kimsəyə hücum etmədi, Birləşmiş Millətlər Təşkiları və ATƏT-in qərarına rəğmən 30 il işğal altında saxlanan torpaqlarını azad etdi. Bunu da ermənilər kimi mülki əhalini, yaşayış məntəqələrini hədəf alaraq deyil, legitimlik çərçivəsində gerçəkləşdirdi. Bu durumda bir gün əvvəl Minsk qrupu həmsədrlərindən olan Fransanın parlamentinin müzakirə elədiyi qətnamə qalmaqaldan da betər bir faciədir", - deyə Türkiyə lideri bildirib. 

Azərbaycan Prezidenti İlham Əliyevin: "Fransa, əgər erməniləri bu qədər çox sevirsə, özünün Marsel şəhərini onlara verə bilər" sözlərini xatırladan Ərdoğan heç bir dövlətin digərinin suverenliyinə bu dərəcədə alçaqcasına hücum etməsinin qəbul edilməyəcəyini söyləyib. 

0
Teqlər:
Rəcəb Tayyip Ərdoğan, Qars, Türkiyə, Azərbaycan, Qarabağ