Moskvadakı Kosmos mehmanxanasının yaxınlığında bomba qoyulması ilə bağlı verilmiş informasiya yoxlanılır, 13 sentyabr 2017-ci il

Paytaxtda "bomba" həyəcanı: 20 mindən artıq adam təxliyə olundu

47
(Yenilənib 19:52 13.09.2017)
Ümumilikdə 30 obyektdən insanlar təxliyə olunub

BAKI, 13 sentyabr — Sputnik. Rusiya paytaxtının ticarət mərkəzlərindən, vağzallarından, ali məktəblərindən və otellərindən 20 mindən artıq insan təxliyə edilib. Təxliyə partlayış xəbərdarlığı səbəbindən həyata keçirilib.

Ümumilikdə 30 obyektdən insanlar təxliyə olunub.

Qızıl meydandakı məşhur "QUM" ticarət mərkəzi də "minalanıb".

Son 3 gündə Rusiyanın bir çox şəhərlərində müxtəlif obyektlərə bomba qoyulması barədə zənglər edilir. Lakin bu xəbərdarlığın heç biri təsdiqini tapmır.

47
Tüfəng, arxiv şəkli

Ağcabədi sakini qardaşı oğlunu güllələdi

0
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib

BAKI, 20 oktyabr — Sputnik. Oktyabrın 19-da saat 20 radələrində Ağcabədi rayonu, Şənlik kəndi ərazisində kənd sakini Məmmədov Rəfail Həsən oğlunun odlu silahdan açılan atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a Ağcabədi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Mamedov Ərəstun Mütəllim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Rəfail Məmmədovu öldürmək məqsədilə kustar üsulla hazırlanan tüfəngdən atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Ərəstun Mamedov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

0

Azərbaycanda Milli Park yanır

63
İlkin məlumata görə, təqribən 5 ha sahədə quru ot və kol-kos yanır. Yanğının baş verdiyi ərazi çətin keçilən mürəkkəb relyefdə yerləşir.

BAKI, 19 oktyabr - Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonunun Xanəgah kəndində Şahdağ Milli Parkının ərazisində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbayca-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb ediliblər. İlkin məlumata görə, təqribən 5 ha sahədə quru ot və kol-kos yanır.

Yanğının baş verdiyi ərazi çətin keçilən mürəkkəb relyefdə yerləşir. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

63