Fırtınanın törətdiyi fəsadlar, arxiv şəkli

Azərbaycanda fırtına: aləm bir-birinə qarışdı

1511
(Yenilənib 10:26 11.09.2017)
Yaşayış evlərinin dam örtüyü dağılıb, yollar bağlanıb, işıqlar kəsilib

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 8 sentyabr — Sputnik. Dünən axşam saatlarından başlayaraq, ölkənin şimal-qərb bölgəsində əsən güclü külək bır sıra fəsadlar törədib. Belə ki, Qaraməryəm-İsmayıllı-Şəki yolunun Oğuz rayonundan keçən hissəsində ağacları aşırıb, budaqlar yola səpələnib, nəticədə yolda tıxacın yaranmasına səbəb olub.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, gecə saatlarında aidiyyəti qurumlar yaranan fəsadların aradan qaldırılması istiqamətində müəyyən işlər görsə də, yollarda vəziyyəti tam tənzimləmək mümkün olmayıb. Həmçinin, güclü külək rayonun Sincan, Xaçmaz, Filfilli və Yaqublu kəndlərində də fəsadlar törədib, ağacları kökündən, yaxud budaqlarını qoparıb.

  • Qaraməryəm-İsmayıllı-Şəki yolunun Oğuz rayonundan keçən hissəsində fırtınanın törətdiyi fəsadlar
    Qaraməryəm-İsmayıllı-Şəki yolunun Oğuz rayonundan keçən hissəsində fırtınanın törətdiyi fəsadlar
    © Sputnik / Ilham Ahmadov

    © Sputnik / Ilham Mustafa
1 / 6
© Sputnik / Ilham Ahmadov
Qaraməryəm-İsmayıllı-Şəki yolunun Oğuz rayonundan keçən hissəsində fırtınanın törətdiyi fəsadlar

Qasırğa nəticəsində fəsadlar, əsasən Dəymədərə kəndində meydana çıxıb. Burada yaşayış evlərinə ciddi ziyan dəyib. Bəzi yaşayış evlərinin dam örtüyü dağılıb, eləcə də mal tövlələrinin dam örtüyü tamamilə yararsız hala düşüb. Hazırda dəymiş ziyanın araşdırılır.

Kənddəki elektrik naqilləri də ciddi fəsad görüb, xətlər qırılıb, bəzi evlərə verilən elektrik enerjisi kəsilib. Hazırda "Azərişıq" ASC-nin yerli şöbəsi tərəfindən Oğuz rayonunun Qarabaldır, Kərimli, Yaqublu, Qarabulaq və Dəymədərə kəndlərində təmir işləri aparılır və işıq dirəkləri dəyişdirilir, o cümlədən kabellər yenilənilir.

1511
Teqlər:
Oğuz rayonu, fəsad, şimal-qərb bölgəsi, elektrik, ağac, yol, ev, külək, yağış
Əlaqədar
Paytaxt yenə fırtınaya təslim olacaq
Dəhşətli qasırğa insanları və ağacları pərən-pərən saldı - Görüntülər
Paytaxtda qasırğa nəticəsində yeddi nəfər həlak olub
Qasırğa qurbanlarının sayı 15 nəfərə çatdı
Qarlı hava, arxiv şəkli

Bölgələrdə qar, Bakıda sulu qar yağıb - FAKTİKİ HAVA

21
(Yenilənib 09:56 20.01.2021)
Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

BAKI, 19 yanvar - Sputnik. Ölkə ərazisindəki faktiki hava barədə məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Oğuz, Qəbələ, Şəki, Mərəzə, Altıağac, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

Sumqayıt, Maştağa, Binə, Pirallahı, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda yağış müşahidə olunub.

21
Осколки стекла, архивное фото

Bakının Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub

11
Hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

11
Neft, arxiv şəkli

Azərbaycan nefti bu gün özünü necə aparıb?

0
(Yenilənib 13:59 20.01.2021)
Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 20 yanvar — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,02 dollar artaraq 56,39 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,40 dollar artaraq 56,30 dollar, "Light" markalı neftin qiyməti isə 0,43 dollar bahalaşaraq 53,41 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0
Teqlər:
"Brent" markalı neft, Brent, "AzeriLight" markalı neft, "AzeriLight", Azərbaycan nefti, neft, Neft