Azərbaycan XİN

XİN: İdmançımızın meyitinin ölkəyə gətirilməsi üçün vəsait yoxdur

595
(Yenilənib 15:51 31.08.2017)
XİN: Səfirlik Xəzər Əliyevin meyitinin Azərbaycana göndərilməsinin təmin edilməsinə çalışır

BAKI, 31 avqust — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi, azərbaycanlı idmançının Livanda həlak olması barədə açıqlama yayıb. Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir:

"Azərbaycanın Livandakı Səfirliyinə istinadən bildiririk ki, Azərbaycan vətəndaşı, 06.02.1994-cü il təvəllüdlü Əliyev Xəzər İntiqam oğlu avqustun 25-də saat 05.30 radələrində Livanın Beyrut şəhərində avtomobillə vurulub. Hadisə yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsində baş verib. Xəzər Əliyev hadisəni törədən şəxsin iştirakı ilə təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya çatdırılıb və ona ilkin yardım göstərilməsinə baxmayaraq, həmin gün saat 11.00 radələrində ölüb.

Mərhumun üzərində olan pasport sənədi əsasında Beyrut şəhər polisi Azərbaycan səfirliyi ilə əlaqə saxlayıb. Dərhal səfirliyin konsulluq xidmətinin əməkdaşları xəstəxanaya gedib, polis və tibb işçiləri ilə birlikdə cənazəyə baxış keçirilib və mərhumun şəxsiyyəti müəyyənləşib. Səfirlik tərəfindən XİN-in Konsulluq İdarəsinin təlimatı əsasında zəruri tədbirlər görülüb, ilk növbədə mərhumun ailəsinə məlumat verilib və faktla bağlı cinayət işi açılması təmin edilib.

Livanda olduğu müddətdə Xəzər Əliyev səfirlikdə konsulluq qeydiyyatında olmayıb. Onun səyahət sığortasının da olmadığı bildirilir. Xəstəxana göstərilən tibbi xidmətin müqabilində ödəməni tələb edir.

Digər ölkələrdə olduğu kimi, büdcə təşkilatları olan Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin büdcəsində bu kimi hallar üçün büdcə vəsaiti nəzərdə tutulmayıb. Azərbaycanın Livandakı səfirliyi Beyrut polisi, xəstəxana, hadisəni törədən şəxs və onun vəkili ilə təmasları davam etdirərək cənazənin Azərbaycana göndərilməsinin təmin edilməsinə çalışır. XİN-nin Konsulluq İdarəsi məsələni diqqətdə saxlayır".

595
Teqlər:
Əliyev Xəzər İntiqam oğlu, həlak, Beyrut, Livan, Azərbaycan Xarici İşlər Nazirliyi, idmançı
Əlaqədar
Baş məşqçi ulduz idmançını fikrindən döndərə bildi
Aylardır maaş almayan idmançılar etiraz aksiyası keçirdilər
İdmançımız Dünya Oyunlarının qızıl medalını qazanıb
İdmançımızın Böyük Britaniyada inanılmaz uğuru
İdmançılarımız dünya reytinqində irəlilədilər