Gürcüstandakı meşə yanğınlarının söndürülməsi əməliyyatı

Gürcüstanda növbəti yanğın, Azərbaycan yardıma yetişdi

193
(Yenilənib 14:24 30.08.2017)
Hadisə yerinə FHN-in 1 helikopteri və 10 nəfər şəxsi heyət göndərilib

BAKI, 30 avqust — Sputnik. Gürcüstanda yeni yanğın hadisəsi baş verib. Bu barədə Sputnik Azərbaycan-a Fövqaladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oktay Bayramov məlumat verib.

Onun sözlərinə görə, yanğınla əlaqəli hadisə yerinə FHN-in 1 helikopteri və 10 nəfər şəxsi heyət göndərilib. Gün ərzində əlavə məlumat veriləcək.

193
Teqlər:
FHN, Gürcüstan, yanğın
Əlaqədar
Gürcüstana göndərilmiş yanğınsöndürənlərimizdən böyük fədakarlıq
Gürcüstana yollanan xilasedicilərimizdən yeni xəbər var
Gürcüstana şəxsi heyət göndərildi
Gürcülər "Moskva"nı ləğv edir?
Seysmoqraf, arxiv şəkli

Qardaş ölkədə güclü zəlzələ gözlənilir - Mütəxəssis açıqladı

216
Geologiya mütəxəssisi Aysun Aykan zəlzələnin gücünün 7.6 bala qədər arta biləcəyini, ehtimal edilən zəlzələnin isə 28 milyon insana təsir edəcəyini açıqlayıb.

BAKI, 26 sentyabr — Sputnik. Türkiyəli geologiya mütəxəssisi xanım Aysun Aykan Mərmərə Dənizində zəlzələ olacağı ilə bağlı proqnoz verib.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Aykan zəlzələnin gücünün 7.6 bala qədər arta biləcəyini, ehtimal edilən zəlzələnin isə 28 milyon insana təsir edəcəyini açıqlayıb.

Aysun Aykan ötən gün Mərmərə Dənizində baş verən 4.2 bal gücündə olan zəlzələnin çox riskli bir nöqtədə meydana gəldiyini söyləyib.

"Mərmərə Dənizindəki son zəlzələlər bir daha göstərdi ki, Mərmərə dənizi zəlzələlər baxımından aktivdir, canlıdır və zəlzələ yaratma potensialına malikdir. Mərmərə Dənizindəki orta mərmərə çuxurunda 4.2 bal gücündə zəlzələ baş verdi. Zəlzələnin baş verdiyi yer çox vacib bir yerdir. Gözlədiyimiz böyük bir zəlzələ nöqtəsində meydana gəldiyi üçün də narahat edicidir"-deyə mütəxəssis diqqətə çatdırıb.

O vurğulayıb ki, bu zəlzələ Türkiyənin birinci prioriteti olmalıdır, xüsusilə də Mərmərə bölgəsi: "Çünki bu zəlzələ yalnız İstanbula təsir etməyəcək. Mərmərə Dənizinin sahillərində yerləşən bütün vilayətlərə (Balıkesir, Bursa, Yalova, Çanaqqala, Kocaeli, Tekirdağ) çox təsir edəcək. Ehtimal edilən bu zəlzələ 28 milyon insana təsir edəcək. Əslində bu zəlzələ bütün Türkiyəyə təsir edəcək. Türkiyə bu zəlzələyə çox diqqət etməlidir".

216
Taksi, arxiv şəkli

Dayanacaqda sərnişin üstündə baş verən dava nəticəsində 3 nəfər öldü

27
(Yenilənib 15:03 26.09.2020)
Üç nəfərin ölümünə səbəb olan şəxs hadisə yerindən qaçsa da, tüfəngi hadisə yerində qoyub. Hadisə nəticəsində yaralananlar da var.

BAKI, 26 sentyabr — Sputnik. Dayanacaqda baş verən dava nəticəsində 3 nəfər dünyasını dəyişib. Hadisə Türkiyədə baş verib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, taksi sürücüləri arasında sərnişin üstündə dava baş verib. Hadisə nəticəsində tüfəngdən açılan güllə 3 nəfərin ölümünə səbəb olub. Hadisə anaban kameralarla qeydə alınıb. Hadisə nəticəsində yaralananlar da var.

3 nəfərin ölümünə səbəb olan şəxs hadisə yerindən qaçsa da, tüfəngi hadisə yerində qoyub.

27

Türkiyənin Baş Prokuroru: Ermənistanın terrorçu hücumlarını lənətləyirəm

0
(Yenilənib 20:23 28.09.2020)
Türkiyə Cumhuriyyətinin Baş Prokuroru Bəkir Şahin: "Din və qan qardaşımız, tək millət iki dövlət olan can Azərbaycana istiqamətlənmiş Ermənistanın terrorçu hücumlarını lənətləyirəm"

BAKI, 28 sentyabr — Sputnik. Türkiyə Cumhuriyyətinin Baş Prokuroru Bəkir Şahin Azərbaycanın Baş Prokuroru Kamran Əliyevə göndərdiyi mesajda Ermənistanın hücumlarını lənətlədiyini dilə gətirib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, B.Şahin K.Əliyevə göndərdiyi mesajda Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə edilən hücumlardan hiddətləndiyini ifadə edib.

"Dünən də, bu gün də, sabah da din və qan qardaşımız, tək millət iki dövlət olan can Azərbaycana istiqamətlənmiş Ermənistanın terrorçu hücumlarını lənətləyirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, məkanları cənnət olsun. Yaralılara şəfa diləyirəm", - deyə B. Şahin K.Əliyevə telefon zəngi zamanı bildirib.

0