Zibil qutuları

Bakıda rəisə cəza kəsildi

110
(Yenilənib 15:30 01.09.2017)
Tullantıların qalaqlanmasına və yandırılmasına görə Mənzil Kommunal İstismar Sahəsinin rəisi cərimə olunub

BAKI, 29 avqust — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Suraxanı rayonu Zığ şossesi 1 ünvanında tullantıların qalaqlanması və yandırılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı bərk mənşəli müxtəlif tərkibli tullantıların qanunvericiliyə uyğun qaydada idarə olunmadığı və qalaqlanaraq yandırıldığı məlum olub.

Faktla bağlı sözügedən ərazidə tullantıların idarə olunmasına cavabdeh olan 1saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 135 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Sahib Quluyev barəsində protokol tərtib olunub və o vəzifəli şəxs qismində inzibati qaydada 2000 manat məbləğində cərimə edilib. Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması, ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün S.Quluyevə icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib.

110
Teqlər:
Sahib Quluyev, ərazi, ETSN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Əlaqədar
Sükan arxasında canlı yayıma görə xəbərdarlıq: Cərimə...
Şəhəri zibilləyənlər cərimələndi
Kafedə vəhşi quşlar saxlayan şəxs cərimələndi
Bu qədər cərimələr tətbiq edilir, amma...