Meşə

Ailəsi ilə meşədə gəzən uşaq yoxa çıxıb

1908
(Yenilənib 15:37 29.08.2017)
Rayona qonaq gələn uşaq itkin düşüb

Leyla Abdullayeva,Sputnik Azərbaycan

BAKI, 29 avqust — Sputnik. Quba rayonunun Əski İqrik kəndinə qonaq gələn uşaq itkin düşüb. Kənd sakinlərinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdikləri məlumata görə, hadisə dünən saat 17.00 baş verib.

2012-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu valideynləri ilə birgə kənddəki meşəətrafı istirahət məkanlarından birində istirahət edirmiş. Hadisə, uşaq valideynləri ilə gəzintidən olarkən baş verib. Ailəsi onun itdiyini hiss etdiyi zaman iş işdən keçmiş olub.

Hazırda N. Əliyevin axtarışları davam edir. Axtarışa Quba Rayon Polis Şöbəsinin əməkdaşları və kand cammatı qoşulub.

Narahatedici məqam odur ki, həmin meşədə yırtıcı heyvanlara rast gəlmək mümkündür. Uşağın nitq qüsurlu olduğu da bildirilir.

1908
Teqlər:
Əliyev Natiq Namiq oğlu, Əski İqrik kəndi, axtarış, itkin, Quba rayonu, uşaq
Əlaqədar
Tanınmış jurnalist itkin düşüb
İnternat məktəbinin itkin düşmüş şagirdi tapılıb
Bakıda uşaq evinin 13 yaşlı sakini itkin düşüb
17 nəfər itkin düşüb