Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Partlayış baş verən ərazidən son görüntülər - VİDEO

© Sputnik / Leyla AbdullayevaN saylı hərbi hissədə baş verən partlayış
N saylı hərbi hissədə baş verən partlayış - Sputnik Azərbaycan
Abunə olmaq
Ərazidəki böyük yanğının qarşı xeyli dərəcədə alınıb, ara-sıra baş verən partlayışların qarşısı alınıb

Leyla Abdullayeva,Sputnik Azərbaycan

BAKI, 27 avqust — Sputnik. Xızı rayonu ərazisində, partlayış baş verən bölgədə vəziyyət stabilləşməyə doğru gedir. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, ərazidəki böyük yanğının qarşı xeyli dərəcədə alınıb, ara-sıra baş verən partlayışların qarşısı alınıb, alov söndürülüb.

Rayon camaatından Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, Şurabaad kəndində iki ev və bir market tamamilə yararsız hala düşüb. Kəndlərin içində ən çox zərərçəni Sitəlçay olub.

© Sputnik / Leyla AbdullayevaN saylı hərbi hissədə baş verən partlayış
N saylı hərbi hissədə baş verən partlayış - Sputnik Azərbaycan
N saylı hərbi hissədə baş verən partlayış

Əməkdaşımız Mikayıl Müşviqin ev muzeyinin yerləşdiyi Sayadlar kəndində olaraq, son duruma dair kadrlar lentə alıb. Bu kənd hadisə baş verən bölgədən 5 kilometr uzaqlıqda yerləşir.

Bundan əlavə, Sputnik Azərbaycan-ın bölgə müxbiri, Xızının mərkəzindən 30 km kənarda yerləşən Giləzi kəndində və Bakı-Quba magistral yolunda da son vəziyyətə dair görüntülər lentə alıb.

Onu da qeyd edək ki, hadisə yerində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ qərargah yaradılıb. Qərargah əhalinin evakuasiyası və yanğının qarşısının alınması işləri aparır. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov nazirliyin rəhbər heyəti ilə birgə hadisə yerindədir.

Xəbər lenti
0