Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev

Sürücülərə çağırış: "Partlayış bölgəsinə səfərlərinizi təxirə salın"

2193
(Yenilənib 12:14 27.08.2017)
BDYPİ partlayışa görə Bakı-Quba yolunda yaranmış təhlükə ilə əlaqədar sürücülərə xəbərdarlıq edib

BAKI, 27 avgust — Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsi hərbi hissədə baş verən partlayışla əlaqədar sürücülərə müraciət edib. Sputnik Azərbaycan-ın məlumatına görə, İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, Xızı rayonu ərazisində yaranmış təhlükə ilə əlaqədar Bakı-Quba avtomobil yolunun 28-ci km-dən, eləcə də həmin yolun Qubadan paytaxt istiqamətində 78-ci km-dən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb.

Qeyd olunanları nəzərə alaraq, sürücülərdən xahiş olunur ki, həmin istiqamətlərdə səfərlərini müvəqqəti olaraq təxirə salsınlar.

2193
Teqlər:
müraciət, sürücü, partlayış, Respublika Baş Dövlət Yol Polisi İdarəsi, Daxili İşlər Nazirliyi
Əlaqədar
Partlayışla əlaqədar şimal bölgəsinə gedən yol bağlandı
Azərbaycanda silah anbarı partladı: əhali evakuasiya olunur