Hərbi hissədə partlayış

Partlayışla əlaqədar şimal bölgəsinə gedən yol bağlandı

5617
(Yenilənib 11:49 27.08.2017)
Baş verənlərlə əlaqədar ərazi üzrə hərbi komissarlıqlara da müvafiq təlimatlar verilib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 27 avqust — Sputnik. N saylı hərbi hissənin silah anbarında baş vermiş partlayış və yanğınla əlaqədar olaraq, təhlükəsizlik tədbiri təşkil etmək üçün hal-hazırda Bakı-Quba magistral yolu bağlanıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə ilə bağlı əraziyə gediş-gəliş dayandırılıb.

Hadisənin Siyəzən rayonu ərazisində yerləşən hərbi hissədə baş verdiyi qeyd olunsa da, həmin ərazi inzibati baxımdan Xızı rayonuna tabedir. Baş verənlərlə əlaqədar ərazi üzrə hərbi komissarlıqlara da müvafiq təlimatlar verilib.

Xatırladaq ki, bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın baş verib. Nəticədə ərazidə partlama müşahidə olunub.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisənin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir. İndiyə olan məlumata görə həlak olan və xəsarət alan yoxdur.

Hərbi hissənin silah anbarında baş vermiş partlayışla əlaqədar hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov məlumat verib.

Baş həkim qeyd edib ki, partlayışla müşayiət olunan yanğın davam etdiyindən təcili yardım maşınları əraziyə buraxılmır. Hadisə nəticəsində yaralıların olduğu barədə məlumat daxil olduğunu deyən M. Cəlalov ehtiyac yaranacağı təqdirdə əraziyə əlavə briqadalar göndəriləcəyini bildirib.

Məlumata görə, hadisəyə yaxın yaşayış məntəqələrindən əhali evakuasiya olunur.

5617
Teqlər:
Bakı-Quba magistral yolu, partlayış, silah anbarı, N saylı hərbi hissə
Əlaqədar
Azərbaycanda silah anbarı partladı: əhali evakuasiya olunur
Ukraynanın müstəqillik günündə Kiyevdə partlayış
İcra başçısının müavininin evi önündə partlayış törədildi
Qaz sızması partlayışa səbəb oldu
İstanbulda partlayış baş verib