BAKI, 25 avqust — Sputnik. Ötən gün tanınmamış "Abxaziya Respublikası"nın Qudaute şəhərində kriminal mübahisə nəticəsində, abxaz Nika Qaqrinski və azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Rəşad Gəncinski" kimi tanınan Rəşad İsmayılov güllələnib. AzVision.az "Praym Kraym"-a istinadən xəbər verir ki, hadisə, "Pıza" ləqəbli avtoritet Raul Barçboy başda olmaqla, Qudauteli "qanuni oğru"larla mübahisə zamanı baş verib.
Nəşrin məlumatına görə, Kuşnerin Abxaziya ərazisinə girmək cəhdləri boşa çıxdıqdan sonra, "Lotu Quli"nin göstərişi ilə Nikenin köməyinə Türkiyədən Roma Stavropolskiy və "Rəşad Gəncinski" gəlib. Hər iki "qanuni oğru"nun Rövşən Lənkəranskinin qətlə yetirilməsində əlinin olduğu ehtimal edilir.
"Qanuni oğru"lar arasında görüş əvvəlcədən planlaşdırılmayıb. Nikeyə onların yerini "Pıza"nın ətrafındakı şəxslərdən biri deyib. Qudauteli "qanuni oğru"lara qəflətən hücum edən Roma və Rəşad onları döyməyə başlayıb. Lakin "Pıza" özündə güc taparaq onlara hücum edən şəxsləri güllələyib.
Qeyd edək ki, Rövşən Lənkəranskinin qətlinin "Rəşad Gəncinski" tərəfindən şifariş edildiyi deyilir. Rəşad İsmayılov qanqsterlər arasındakı söhbətlərdən birində Canıyevi onun əmri ilə "o biri dünyaya göndərdiklərini" deyib. "Rəşad Gənsinski" bildirib ki, Lənkəranskinin qətlinin motivi onun yaxın dostu, "göyərti kralı" kimi tanınan biznesmen Cambulat Şamiloğlunun öldürülməsidir.
BAKI, 4 mart - Sputnik. Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
— ANADOLU AJANSI (@anadoluajansi) March 4, 2021
Bildirilib ki, Bingöldən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb.
Qəza nəticəsində 9 hərbçi ölüb, 4 hərbçi xəsarət alıb.
Emin Babayev, Sputnik Azərbaycan
BAKI, 3 mart — Sputnik. Ağdam rayonunun Novruzlu kəndi ərazisində minaya düşən Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadənin durumu haqda həkimi Sputnik Azərbaycan-a məlumat verib.
Bərdə rayon Mərkəzi Xəstəxanasının həkim-travmatoloqu Xalid Məmmədov bildirib ki, az əvvəl Hafiz Əzimzadənin əməliyyatı uğurla başa çatıb: “Bu gün partlayış travması nəticəsində xəstə ağır vəziyyətdə Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirildi. Xəstə sağ aşağı ətrafında, baldırın aşağı üçdə bir hissəsində sümük əzələ sistemi dağılmış vəziyyətdə daxil olub. Yaranın həyat üçün təhlükə yarada biləcəyi nəzərə alınaraq, xəstənin baldırının yuxarı üçdə bir hissəsində amputasiya əməliyyatı aparıldı. Hazırda xəstə üçün reanimasiya tədbirləri davam etdirilir. Vəziyyəti ümumi orta ağır olaraq qalır”.
Qeyd edək ki, bu gün saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadə Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində su quyularının bərpası işləri ilə məşğul olan zaman minaya düşüb.
Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 4 mart — Sputnik. Artıq bir ildir ki, ölkədə pandemiya şəraitinin davam etməsi bir çox sahələrdə fəaliyyəti iflic edib. Pandemiya nəqliyyatın da hərəkətinə təsirsiz ötüşməyib. Azərbaycanda bu sahə, xüsusən də ictimai nəqliyyatın fəaliyyəti tamamilə iflic olub. Belə olan təqdirdə insanlar saatlarla avtobus gözləməli, yaxud da saatlarla yollarda tıxacda qalmalı olur. Bakının bir başından digər başına çatmaq üçün nə az, nə çox 3-4 saat yolda keçir. Belə olan halda təxminən 2 istiqamət üçün yola xərclənən zaman təxminən iş saatına bərabər - 7-8 saat olur ki, bu da nəticə etibarı ilə işin keyfiyyətini aşağı salır.
Bir çox ölkələr yollarda zamanları, məsafələri qısaltmaq üçün bir-birindən fərqli layihələr icra etsələr də, ölkəmzidə bu problemlə bağlı gözəçarpacaq bir iş görülmür. Metronun işləmədiyi bir ərəfədə avtobusların üzərinə düşən yükü azaltmaq və yollardakı vəziyyəti nisbətən də olsa düzəltmək üçün nələr etmək olar?
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Metronun işləməməsi ilə əlaqədar olaraq bu gün ictimai nəqliyyatın fəaliyyəti iflic olub. Bu səbəbdən də insanlar axşam saat 10-dək də küçələrdə gözləməli olurlar. Lakin onu da qeyd edim ki, vəziyyətin bu həddə olmasının tək səbəbi avtobusların sayının az olması deyil, eyni zamanda da Bakı şəhərindəki tikinti işləri ilə əlaqədardır. Normalda metro işləməsəydi belə, avtobuslarla sərnişindaşmanı həyata keçirtmək mümkün olardı. Lakin Bakıda yol-nəqliyyat infrastrukturunun inkişaf etməməsi buna imkan vermir. Bu səbəbdən də düşünürəm ki, indiki vəziyyətdə ictimai nəqliyyatın fəaliyyətinin bərpası üçün metronun açılması vacibdir. Heç olmasa, səhər və axşam saatlarında metro açılarsa, sıxlıq müəyyən qədər də olsa, aradan qalxar".
Ekspert yollardakı sıxlığı, eyni zamanda da zaman sərfiyyatını aradan qaldırmaq üçün digər bir təklif də irəli sürür: "Bakının bir başından digər başına hərəkət etmək çox çətindir. Bunun üçün alternativ nəqliyyat növləri düşünülməlidir. İnkişaf etmiş ölkələrin təcrübəsindən yararlanmaq lazımdır. Vəziyyəti tənzimləmək üçün bəlkə də sahibkarlara icazə vermək olar ki, müəyyən marşrutlar üzrə mikroavtobusları xəttə buraxsınlar. Xüsusən də avtobus çatışmazlığı olan xətlər üzrə avtobusları buraxmaqla vəziyyəti nisbətən tənzimləmək olar".
Bakıda infrastrukturun demək olar ki, bir-birinə zəncirvari bağlı olduğunu nəzərə alsaq, tikintilərin də nəqliyyat sistemini iflic etdiyini deyə bilərik. Ekspert də bu qənaətdədir: "Bakının mərkəzində hər hansı bir şəxs, dövlət qurumu istədiyi yerdə nəsə tikə bilər. Hətta istəsə, yolun nəqliyyata aid olan hissəsini də zəbt edə bilər və kimsə ona irad tuta bilməz. Bakıda tikinti özbaşınalığı yollardakı vəziyyəti acınacaqlı həddə çatdırıb və dəhşətli bir mənzərə yaranıb. Əslində bu problemin həlli yolları var. Ümumiyyətlə, şəhərin mərkəzində hündürmərtəbəli binaları tikintisi dayandırılmalıdır. Bundan başqa, Bakıda ərazilərin qanunsuz zəbt edilmələri dayandırılmalıdır".
O bildirir ki, Bakı şəhərində tikinti özbaşınalığı dayandırılmadıqca, avtomobillərin parklanma problemi qaldıqca qarşıdakı illərdə yollarda nəqliyyat sıxlığı bundan bərbad həddə çatacaq: "Dövlət idarələri var ki, onların binaları birbaşa yol kənarında tikilir, yaxud da yol kənarlaırnda olan binalar onlar tərəfindən icarəyə götürülür. Lakin təəssüf olsun ki, həmin o dövlət qurumlarının binasının heç birinin avtomobil parklama yeri yoxdur. Halbuki, həmin dövlət qurumlarına gün ərzində minlərlə şəxs gəlib-gedir. Təbii ki, belə olduğu təqdirdə tıxacların baş verməsi qaçılmazdır. Tıxacların azalması üçün yol-nəqliyyat strukturuna mənfi təsir göstərən problemləri kökündən aradan qaldırmaq lazımdır".
Eldəniz Cəfər yollardakı sıxlığa, zaman itkisinə səbəb olan digər problemdən də danışır: "Gündüz saatlarında yollarda şütüyən ağır tonnajlı yük avtomobilləri də hərəkətin məhdudlaşmasına səbəb olur. Bu avtomobillər 24 saat yollarda şütüyürlər ki, bu da tıxaclara səbəb olur. Tıxacların azalması üçün bu istiqamətdə də addımlar atılmalı, bir iş görülməlidir. Yük avtomobillərin Bakının mərkəzində nə işi var?!".
"Bizim sıxlığa səbəb olan digər problemimiz də avtomobillərin əksəriyyətinin köhnə olması ilə bağlıdır ki, bu da bəzən yollarda tıxaclara, ləngimələrə səbəb olur. Bu nasaz avtomobillərin də hardasa 30 faizi yolda nasaz vəziyyətdə qalır. Biz tıxacların səbəblərini arşadırdıqda görürük ki,əsas səbəb elə nazas avtomobillərdir", - deyə o əlavə edir.
Özü bəzən sükan arxasında, bəzən də ictimai nəqliyyatda işə getdiyini deyən həmsöhbətimiz yaranmış bu vəziyyətin iş həyatına mənfi təsir etdiyini deyir: "Pandemiya dövründə ən çox əziyyəti işləyən şəxslər çəkir. Xüsusən də pik saatlarda bu problem daha da qabarır. Pik saatlarda taksilər də qiyməti qaldırdığı üçün insanlar saatlarla yollarda qalmalı olur".