Yanğın, arxiv şəkli

Cənub bölgəsində tükürpədici ailə qətliamı

1523
DİN və Respublika Prokurorluğu baş verənlərin təfərrüatını açıqlayıb

BAKI, 23 avqust — Sputnik. Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Lerik rayonunda törədilmiş ağır cinayətin üstü "isti izlər"lə açılıb. Bu barədə Sputnik Azərbaycan-ın redaksiyasına daxil olan Daxili İşlər Nazirliyi (DİN) Baş Prokurorluğun birgə məlumatında deyilir.

Belə ki, cari il avqustun 22-də saat 05.20-də rayonun Vivəzəmin kənd sakini Mehdi Mirzəzadə Daxili İşlər Nazirliyinin "102-Zəng Xidməti" Mərkəzinə zəng edərək atası Elman Hüseynovun yaşadıqları evi yandırdığını, habelə anası Şükufəni və bacısı Süsəni öldürmək istədiyini bildirib. Məlumatla əlaqədar rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları dərhal hadisə yerinə çıxmış və göstərilən ünvanda yanğının baş verməsi müəyyən edilib.

Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzinin yangınsöndürmə xidmətinin əməkdaşları təxirəsalınmadan hadisə yerinə çağırılaraq yanğının söndürülməsinə cəlb olunublar. Həyata keçirilmiş kompleks tədbirlərlə yanğının qısa müddətdə söndürülməsi təmin edilib, bu zaman ümumi sahəsi 137 kvadratmetr olan birmərtəbəli, üçotaqlı evin tamamilə yanması məlum olub.

Yanğın söndürüldükdən sonra mənzildən ev sahibi Elman Hüseynovun, onun həyat yoldaşı Şükufənin və qızı Süsənin yanaraq tanınmaz hala düşmüş meyitləri aşkar edilib. Məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırma zamanı Mehdi Mirzəzadə izahatında həmin gün səhər radələrində atasının bıçaqla anasını və bacısını vurduğunu, Elman Hüseynovun ona da xəsarət yetirməyə cəhd göstərsə də, həyətə qaçdığını, sonda isə evi yandırmaqla atasının intihar etdiyini göstərib. Məhkəmə-tibb ekspertizası tərəfindən meyitlərin müayinəsi zamanı Elman Hüseynovun boyun və sağ kürək nahiyələrində deşilmiş-kəsilmiş xəsarətlərin olması müəyyənləşdirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 125-ci (özünü öldürmə həddinə çatdırma) və 186.2.2-ci (əmlakı qəsdən yandırmaqla məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanıb. Ekspertizanın rəyi ilə M.Mehdizadənin izahatı arasında uyğunsuzluq yarandığından, eləcə də üç ailə üzvünün öldürülərək evin yandırılması cinayətini törətməsində əsaslı şübhələr olduğundan sonuncu polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Aparılmış intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, avqustun 21-də günorta və axşam radələrində Elman Hüseynovla həyat yoldaşı arasında ailə münaqişəsi zəminində mübahisə baş verib. Avqustun 22-nə keçən gecə səsə oyanmış Süsən valideynlərinin yatdığı otağa daxil olduqda anası Şükufəni divanda huşsuz vəziyyətdə görüb.

Gecə qəfil yaranmış hay-küyün yaranma səbəbini öyrənmək üçün yataq otağına daxil olan M.Mehdizadə bacısının atası tərəfindən öldürülməsinin şahidi olub, eyni aqibətlə üzləşməmək üçün bıçaqla E.Hüseynovun boyun və sağ kürək nahiyəsinə bir neçə zərbə endirib. Daha sonra cinayətin izini itirmək məqsədilə o, yataq otağındakı lampanın neftini həyatlarını itirmiş ailə üzvlərinin üzərlərinə, evin digər hissələrinə tökərək mənzili yandırıb.

M.Mehdizadə ifadəsində atasını qətlə yetirdiyini, sonra isə evdə yanğın törətdiyini etiraf edib. O, cinayətin aləti olan bıçağı da maddi sübut kimi istintaqa təqdim edib. Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1523
Teqlər:
Vivəzəmin kəndi, Mehdi Mirzəzadə, Lerik rayonu, prokurorluq, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, polis, yanğın
Əlaqədar
Polisi qətlə yetirdi, özü xəstəxanaya düşdü
Dörd polis əməkdaşı qətlə yetirildi
Türklər azərbaycanlını qətlə yetirdilər
Bu ölkədə milli zəmində iki yüzdən artıq insan qətlə yetirildi
Hacıqabul qətliamının ardınca irimiqyaslı əməliyyat başladı - görüntülər var
Bir qətlin izi ilə...
Həbsxana, arxiv şəkli

Penitensiar xidmətin məhkumun ölümü ilə bağlı açıqlaması: "Tibbi ekspertizanın rəyi var"

13
(Yenilənib 19:58 16.01.2021)
"Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir" - Mehman Sadıqov

BAKI, 16 yanvar - Sputnik. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumun döyülərək öldürülməsi və müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı yayılan iddialara münasibət bildirib. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov sosial şəbəkələrdə yayılan həmin məlumatların yalan olduğunu deyib: "Röyal adlı həmin məhkum ürək-damar çatışmazlığından vəfat edib. Bununla bağlı məhkəmə-tibbi ekspertizasının rəyi də var. Müəssisədə heç bir əməliyyat keçirilməyib. Telefon danışıqlarına da hər hansı bir qadağa, yaxud məhdudiyyət qoyulmayıb. Bu cür böhtan xarakterli məlumatlar əvvəllər də yayılıb. Bu da məhkumların narahatlığına səbəb olur. Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir”. 

Qeyd edək ki, sosial şəbəkələrdə Röyal adlı məhkumun 13 saylı cəzaçəkmə müəssisəsində döyülərək öldürülməsi və həmin müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı məlumatlar yayılıb. 

13
Polis

Adam öldürməkdə ittiham edilən adam bu dəfə 36 kq narkotiklə yaxalandı

10
(Yenilənib 18:55 16.01.2021)
Yardımlıda ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə aşkarlanıb Yardımlıda ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə aşkarlanıb

BAKI, 16 yanvar — Sputnik. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları Yardımlı rayonu ərazisində əməliyyat tədbiri keçiriblər.

DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş Elməddin Əliyev müəyyən olunaraq saxlanılıb.

Davam etdirilən tədbirlərlə ondan ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə, o cümlədən 32 kiloqram 155 qram tiryək və 4 kiloqram 330 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

10
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

28
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

28
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət