Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

DİN vətəndaşlara müraciət edir: Bu meyiti tanıyan varsa...

© Sputnik / Murad OrujovDaxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Meyitin əlamətləri: boyu 156 santimetr, arıq bədən quruluşlu, saçları qaradır

BAKI, 23 avqust — Sputnik. Avqustun 8-də saat 15.00 radələrində Səbail rayonu ərazisində, Dənizkənarı Milli Parkda dənizdən, üzərində zorakılıq əlamətləri olmayan, 50-55 yaşlarında qadın meyiti tapılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Meyitin əlamətləri: boyu 156 santimetr, arıq bədən quruluşlu, saçları qaradır.

© Photo : AR DİN mətbuat xidmətiNaməlum qadın meyiti
Naməlum qadın meyiti - Sputnik Azərbaycan
Naməlum qadın meyiti

Meyit aşkar edilərkən qulağında qızıl sırğa, əynində yaşıl kofta və uzun ətəkli qara don olub.

Həmin şəxsi tanıyanlardan "102 Zəng Mərkəzi"nə, yaxud, 492-02-02 nömrəli telefonla Səbail RPİ-nin 9-cu Polis Bölməsinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti
0